Tarix : 2011 Aug 23
Kod 24905

Azərbaycanda Qəddafinin bayrağı endirildi

Rəsmi Bakı isə hələlik Liviya Milli Keçid Şurasının legitimliyini tanımır
well/Aran agentliyi

Liviyanın Azərbaycandakı səfirliyinin binası qarşısından Qəddafi hökumətinin bayrağı endirilib.

İslamazeri.az-ın ANS-tv-yə istinadən verdiyi xəbərə görə ANS-in çəkiliş qrupu səfirlik binasından həm Azərbaycanın, həm də Qəddafi hökumətinin bayraqlarının olmadığını lentə ala bilib.Əraziyə nəzarət edən polis əməkdaşları bildiriblər ki, bayraqlar bu gün endirilib. Onlar bu barədə əlavə məlumat verməkdən imtina edib. Həmçinin səfirlikdə hər hansı səlahiyyətli şəxs də bu barədə açıqlama verməyib.

Qeyd edək ki, dünya ictimayyəti artıq Qəddafi rejiminin süquta uğradığını bəyan etsə də, rəsmi Bakı hələlik Liviya Milli Keçid Şurasının legitimliyini tanımır. Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürovun ANS-ə verdiyi məlumata görə, Liviya Keçid Milli Şurası hələlik hakimiyyətdə rəsmi təmsil olunmadığına görə bu şuranın legitimliyi tanınmır.

 

  • Yazılıb
  • da (də) 2011 Aug 23