Tarix : 2011 Aug 23
Kod 24909

Qüds günü, Fələstin xalqı ilə həmrəylik günüdür

well/Aran agentliyi

İran və dünya müsəlmanları sentyabrın 26-da ümumdünya Qüds günü mərasimində iştirak edərək bir daha məzlum Fələstin xalqına dəstək verdiklərini nümayiş etdiriblər

 İran İslam inqilabının banisi İmam Xomeyninin (rə) təşəbbüsü olan Ümumdünya Qüds günü  həmrəylik nümayişlərində milyonlarla insanın iştirakı dünya miqyasında işğalçı Sionist rejimin qeyri-insani və vəhşi sifətinə qarşı etirazların edilməsindən xəbər verir.

İran İslam inqilabının banisi İmam Xomeyninin (rə) 1979-cu il avqust ayının əvvəllərindən yəni həmin ildə mübarək ramazan ayının 13-də ramazan ayının son cüməsini Qüds günü təyin etməsi təşəbbüsü Sionist rejimə qarşı beynəlxalq üsyana səbəb olub.

İmam Xomeyninin (rə) bu yenilikçiliyi məzlum Fələstin xalqına himayə göstərmək və bu ərazinin xüsusilə də Qüds şərifin Sionist rejimin işğalından azad edilməsi üçün səy göstərməkdə islam dünyasının vücuduna yeni bir ruh bəxş etdi.

Ümumilikdə Ümumdünya Qüds günündə bütün ilahi dinlərin tərəfdarları və dünya azadlıq sevərləri yekdilliklə məzlum Fələstin xalqına dəstək göstərmələri, bu məzlum xalqın Sionist İsrail rejimi və onun tərəfdarları yəni beynəlxalq imperializm ilə mübarizə aparmalarına səbəb oldu. İran İslam inqilabının banisi İmam Xomeyninin (rə) bu yenilikçiliyi sayəsində bütün dünya xalqları qəsbkar Sionist Rejimin qeyri-insani hərəkətləri və bu qeyri-legitim rejim tərəfindən bəşər ictimaiyyətinə qarşı təhlükələrin dərk etdilər. Əslində İmam Xomeyninin (rə) ifşaedici hərəkətləri Sionist rejim və tərəfdarlarının bütün balanslarını alt-üst etdi.

Başqa sözlə desək İmam Xomeyni(rə)-in bu ifşaedici hərəkətləri müəyyən fitnəkarlıqları regionda Sionist İsrail Rejiminin mövqeyini və yerinin möhkəmlənməsi və bu qanunsuz rejimin ekspansionist hədəflərini həyata keçirilməsini istəyən tərəflərin fikirlərinin alt-üst etdi.

Həqiqətən bu məsələ Sionist rejim və tərəfdarlarını qorxuya saldı və müxtəlif fitnəkarlıqlarla, o cümlədən təbliğat və şantaj vasitələrindən istifadə edərək dünya miqyasında Ümumdünya Qüds gününə olan marağın qarşısını almağı qarşıya məqsəd qoydular. Ancaq dünya xalqlarının İmam Xomeyninin (rə) nüfuzlu mənəvi kəlamından xəbər verən Ümumdünya Qüds gününə geniş dəstək göstərmələri Sionist İsrail Rejiminin məkrli planlarını üzə çıxardı.

Əslində Ümumdünya Qüds günü mərasimi fələstinlilərin də yüksək əhval-ruhiyyə ilə Sionist rejimə qarşı mübarizələrini davam etdirmələrinə səbəb oldu.

1987-ci ildə 1-ci İntifazə qiyamının və 2000-ci milad ilində Qüds İntifazəsinin başlanması dünya məzlum Fələstin xalqına himayə göstərməkdə ümumi həmrəyliyin elan edilməsindən sonra, Fələstinlilərin yüksək ruhiyyəyə malik olmalarını göstərir.

Qüds günü dünyada Sionist rejimə qarşı ucaldılan etirazlar tarixində, bir dönüş nöqtəsi olub Fələstin xalqına himayə göstərməkdə mühüm bir addım sayılır.

Ona görə də fələstinlilər və dünya müsəlmanları Fələstin xalqına dəstək vermək və beynəlxalq imperializmlə mübarizə aparmaqda bu həmrəylik nümayişini son dərəcə faydalı hesab edirlər.

 

 

  • Yazılıb
  • da (də) 2011 Aug 23