Tarix : 2011 Aug 24
Kod 24915

Gürcüstanlı müsəlmanlarda Somaliyə yardım göndərdi

Gürcüstan Müsəlmanları Somalidə aclıq və susuzluqdan əziyyət çəkən müsəlman bacı və qardaşlarına 7200 dollarlıq maddi yardım göndəriblər
well/Aran agentliyi

 

Gürcüstan Müsəlmanları Somalidə aclıq və susuzluqdan əziyyət çəkən müsəlman bacı və qardaşlarına 7200 dollarlıq maddi yardım göndəriblər.

İslamazeri.az internet qəzetinə verilən məlumata görə, təqribən 10 gün davam eden "Somaliyə yardım kampaniyası" dünən öz sona çatdırılıb.

Bu müqəddəs və xeyriyyə işi Marneuli İmam Əli (ə) Məscidi tərəfindən təşkil olunub.

Bu müqəddəs işdə Gürcüstanın bir çox şəhər və kəndlərinin müsəlman və möminləri iştirak ediblər.

Nəhayət azda olsa Gürcüstanda yaşayan müsəlmanlar İslam Peyğəmbərinin (s) hədisinə əməl edərək öz müsəlman qardaş və bacılarına əllərindən gələn köməyi göstərdilər.

Ümüdvarıq Allah taala bütün dünyada yaşayan insanlara bu mübarək ayın hörmətinə rəhmət gözü ilə nəzər edər və öz xeyir və bərəkətini onlardan əsirgəməz.

  • Yazılıb
  • da (də) 2011 Aug 24