Tarix : 2011 Aug 24
Kod 24917

Ermənistanla imzalanmış protokollar Türkiyə parlamentinin gündəmindən çıxıb

Böyük Millət Məclisinin bundan əvvəlki tərkibinin çalışdığı müddətdə baxılmamış qalan qanun layihələri, o cümlədən Türkiyə-Ermənistan ...
well/Aran agentliyi

 

Böyük Millət Məclisinin bundan əvvəlki tərkibinin çalışdığı müddətdə baxılmamış qalan qanun layihələri, o cümlədən Türkiyə-Ermənistan protokolları gündəmdən çıxmış sayılıb

 Türkiyə Böyük Millət Məclisinin köhnə tərkibinin çalışdığı 4 illik müddətdə baxılmamış qalan 898 qanun layihəsi və təklif gündəmdən çıxmış sayılıb. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, gündəmdən çıxan sənədlər arasında Türkiyə ilə Ermənistan arasında imzalanan protokollar da var.

 “Türkiyə Cümhuriyyəti ilə Ermənistan Respublikası arasında diplomatik əlaqələrin qurulmasına dair Protokol”un və “Türkiyə Cümhuriyyəti ilə Ermənistan Respublikası arasında münasibətlərin inkişafına dair Protokol”un ratifikasiyası haqqında qanun layihəsi baxılmamış qaldığı üçün avtomatik olaraq parlamentin gündəmindən çıxıb. Reqlamentə əsasən bu qanun layihəsinin yeni parlamentdə müzakirəsi üçün onun yenidən təqdim edilməsi tələb olunur. Yəni Türkiyə hökuməti protokolları Böyük Millət Məclisinə təqdim edə də bilər, etməyə də bilər.

Xatırladaq ki, bu il iyunun 12-də Türkiyədə parlament seçkiləri keçirilib və Böyük Millət Məclisinin yeni tərkibi formalaşıb.

  • Yazılıb
  • da (də) 2011 Aug 24