Tarix : 2011 Aug 24
Kod 24939

İslam Partiyası sədrinin məhkəməsində şahid ifadələri dinlənilib

ahidlərin dindirilməsi zamanı vəkillərdən bəzisi hakimə irad tutaraq “şahidə vəkillik” etməməyə çağırıb
well/Aran agentliyi

Bu gün Bakı Ağır Cinayətlərə dair işlər üzrə Məhkəməsində hakim Eldar İsmayılovun sıdrliyi ilə Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov, onunla yanaşı - AİP sədrinin müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, Masallı ruhanisi Seyyid Fəramiz Abbasov və Quran hafizi Zülfüqar Mikayılzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

SalamNews xəbər verir ki, bugünkü məhkəmə iclasında hal şahidləri dindirilib. Məhkəməyə ifadə verən Cəfər Cəfərov bildirib ki, Qubada üç polis əməkdaşlı ona yaxınlaşıb və axtarış aparılacaq yerdə hal şahidi kimi iştirak etməsinin lazım olduğunu deyib. Mülki geyimli polislərin dediyi ilə razılaşan Cəfərov hamamxanadan içərisində silah olan sellofan torbaların tapılmasını söyləyib: “İçərisində silah olan torbaların üstündə uşaq arabası və süpürgə də var idi”.Buna bənzər ifadəni digər bir şahid- İlham Ələsgərov da səsləndirib. O da bildirib ki, 2 polis əməkdaşı yaxınlaşıb ondan hal şahidi olmasını xahiş edib. Daha sonra isə qazanxanadan torbalarda silah tapılıb.Hakimin şahidlərin biri-birini tanıyıb-tanımaması ilə bağlı sualının cavabında Cəfər Cəfərov deyib ki, İlham Ələsgərovu taksi sürücüsü kimi tanıyır və bir neçə dəfə onun taksisindən istifadə edib.Daha sonra vəkillərin sualları səslənib. Cəfər Cəfərov hadisələri unutduğunu və hətta vəkillərin sualına cavab vermək istəmədiyini bildirdi.

Hakim isə Cəfərova xatırladıb ki, əgər o, şahid qismində ifadə verirsə, vəkillərin də suallarına cavab verməlidir.İlham Ələsgərov ifadəsində bildirib ki, qazanxanaya ilk daxil olan polislər olub. Bundan əvvəl ifadə verən Cəfər Cəfərov isə qazanxanaya əvvəlcə hal şahidlərinin daxil olduğunu deyib.Axtarış protokollarında evdən iki ədəd güllə darağının çıxdığı göstərilsə də, şahidlər dörd ədəd darağın tapıldığını söyləyiblər.C.Cəfərov İ.Ələsgərovu əvvəldən tanıdığını desə də, ikinci onların axtarışda iştirak edən zaman tanış olduğunu bildirib. Lakin sonradan İlham Ələsgərov deyib ki, Cəfər Cəfərovu əvvəldən tanıyıb, ancaq axtarış yerində onlar daha yaxından tanış olublar.Şahidlərin dindirilməsi zamanı vəkillərdən bəzisi hakimə irad tutaraq “şahidə vəkillik” etməməyə çağırıb.

Şahidlər axtarış zamanı evə baxış keçirilib-keçirilməməsi sualının cavabında bunu xatırlamadıqlarını vurğulayıblar.Bundan sonra Mövsüm Səmədovun vəkili Anar Qasımlı bildirib ki, hal şahidlərinin verdiyi ifadələr şübhəli, qeyri dəqiq və ziddiyyətli olduğundan bu ifadələr protokoldan çıxarılmalıdır.Bundan sonra məhkəmədə fasilə elan olunub.

Xatırladaq ki, Mövsüm Səmədov bu il yanvarın 7–də saxlanılaraq barəsində 13 sutkalıq inzibati həbs seçilib. Nəsimi rayon məhkəməsi tərəfindən yanvarın 20-də isə M.Səmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçılıb və Azərbacan Respublikası Baş Prokuroluğunun ağır cinayətlərə dair işlər idarəsində istintaqa başlanılıb. AİP sədri hakimiyyəti zorla ələ keçirmə cəhdində və ya onu zorla saxlama, qanunsuz olaraq odlu silahdan və ya silah qismində istifadə olunan vasitələrdən istifadə etməklə cinayətə hazırlıqda ittiham olunur.

  

  • Yazılıb
  • da (də) 2011 Aug 24