Tarix : 2011 Aug 24
Kod 24940

Liviyanın Azərbaycandakı səfirliyində Liviya Milli Keçid Şurasının bayrağı qaldırılıb

Bu gün Liviyanın Azərbaycandakı səfirliyində Liviya Milli Keçid Şurasının bayrağı qaldırılıb. APA-nın məlumatına görə...
well/Aran agentliyi

Bu gün Liviyanın Azərbaycandakı səfirliyində Liviya Milli Keçid Şurasının bayrağı qaldırılıb. APA-nın məlumatına görə, bayrağı Liviyanın müvəqqəti işlər vəkili Naci Qəzalə qaldırıb. O jurnalistlərə açıqlamasında “Bu gün biz Liviyanın bayramını, Liviya inqilabçılarının qələbəsini qeyd edirik. Şükürlər olsun ki, artıq diktator Müəmmər Qəzzafi devrilib. Biz bunu sevinclə qeyd edirik”, - deyib.

Müvəqqəti işlər vəkili bildirib ki, bu bayrağın qaldırılması deməkdir ki, səfirlik Liviyanın Milli Keçid Şurasını tanıyır və “diktator Qəddafiyə artıq tabe deyil”.

O, həmçinin bildirib ki, artıq dünyanın 60 ölkəsi Liviyanın Milli Keçid Şurasının legitimliyini tanıyıb: “İnanırıq ki, yaxın zamanlarda Azərbaycan da Liviyanın Milli Keçid Şurasını tanıyacaq”.

Jurnalistlərin suallarını cavablandıran müvəqqəti işlər vəkili bildirib ki, Liviyanın paytaxtı Tripoli şəhəri tam şəkildə Milli Keçid Şurasının nəzarəti altındadır: “Xırda problemlər var, amma o problemlərdə yaxın günlərdə aradan qaldırılacaq”.

Diplomat deyib ki, Müəmmər Qəddafinin hazırda yerinin məlum olmadığını deyib.

  

  • Yazılıb
  • da (də) 2011 Aug 24