Tarix : 2011 Aug 24
Kod 24943

Sionist nəşr İsrail rejimi ilə Azərbaycan münasibətlərindən söz açır

Vaşinqtonda çıxan sionist ''United Press İnternational'' nəşri bir yazıda Bakının İrana qarşı sionist rejimin casusluq sistemi ilə əməkdaşlığını alqışlayıb
well/Aran agentliyi

Vaşinqtonda çıxan sionist "United Press İnternational" nəşri bir yazıda Bakının İrana qarşı sionist rejimin casusluq sistemi ilə əməkdaşlığını alqışlayıb.

Bu sionist nəşr "Xəzər dənizində İranla İsrailin gizli müharibəsi" başlıqlı məqalədə qeyd edir: Azərbaycan Respublikasının İsrailə həddindən artıq yaxınlaşması barəsində İranın yüksək səviyyəli bir generalının xəbərdarlığı Bakının Təl-Əvivlə münasibətlərinin inkişafı gedişindən Tehranın nigaran olduğunu göstərir.

Sionist "United Press İnternational" nəşri əlavə edib: İsrail neftlə zəngin və müsəlman əhalisi olan Azərbaycan Respublikası ilə səssis-səmirsiz informasiya və hərbi əlaqələr qurub. İsraillilər Xəzər dənizindən istifadə istiqamətində İlham Əliyev hökumətinə çoxlu miqdarda silah və pilotsuz təyyarələr satmaqla yanaşı hələ də İranla sərhəddə öz informasiya təşkilatını yerləşdirməklə məşğuldurlar. Bu fəaliyyətlər əslində İsrailə İranı nəzarət altında saxlamaq, xüsusilə də İsrailin öz mövcudluğuna qarşı əsas təhdid hesab etdiyi sülhməramlı nüvə proqramına nəzarət etmək üçün bir əməliyyat bazasını əldə etmək imkanı yaradır.

Sionist rejimin İrana qarşı Azərbaycan Respublikası ərazisindən sui-istifadə etməsi elə bir haldadır ki, İran və Azərbaycan Respublikası son illərdə bir neçə təhlükəsizlik müqaviləsi imzalayıblar. Elə buna görə də İran müqaviləyə əsasən 3-cü ölkəyə Azərbaycan Respublikasına qarşı öz ərazisindən istifadə etmək icazəsini vermir.

Azərbaycan Respublikası müsəlman xalqının ciddi və kəskin müxalifətlərinə baxmayaraq, İlham Əliyev hökumətinin sionist rejimlə davam etməkdə olan səmimi münasibətləri elə bir haldadır ki, İsrail rejimi sionist və erməni lobbilərinin münasibətlərinin təsirinə görə, hər il BMT-nin səsverməsində ABŞ, İngiltərə və Fransa kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünü təsdiqləməkdən çəkinir.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 24