Azərbaycan Respublikası Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Respublikası müdafiə naziri Səfər Əbiyevin Böyük Britaniyanın ...
well/Aran agentliyi
Azərbaycan Respublikası Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Respublikası müdafiə naziri Səfər Əbiyevin Böyük Britaniyanın Müdafiə Qərargahı rəisinin maddi-texniki təchizat əməliyyatları üzrə müavini Qraham Havardla Bakıdakı görüşündə iki ölkənin hərbi əməkdaşlıq yolları araşdırılıb.
Bu məlumata əsasən, tərəflər bu görüşdə İngiltərə və Azərbaycan Respublikası arasında ikitərəfli hərbi əməkdaşlıqları araşdırıblar və iki ölkə arasında hərbi əməkdaşlıqlara dair anlaşmanın imzalanması barəsində razılığa gəliblər.
Bu məlumata əsasən Azərbaycan Respublikasının müdafiə naziri bu görüşdə Dağlıq Qarabağın işğalının davam etməsini tənqid edib və bu bölgənin münaqişəsinin həlli gedişinə dair məlumatı ingilis rəsmisinə təqdim edib.
İngiltərə Dağlıq Qarabağın erməni separatçılarının köhnə hamilərindən hesab olunur.
Hər il İngiltərənin Lordlar Palatasından heyətlər erməni separatçılarına İngiltərənin ianələrini bağışlamaq üçün Dağlıq Qarabağa səfər edirlər.
Azərbaycan Respublikasında Heydər Əliyevin hakimiyyəti dövründə ölkə rəsmiləri və mediaları ingilis lordların Qarabağa səfərinə etiraz edirdilər. Lakin son illərdə ingilis lordların Qarabağa səfərinə reaksiya vermirlər.
Tehran Radiosu