Tarix : 2011 Aug 24
Kod 24946

Ayətullah Məkarim Şirazi: Qüds gününü keçən illərdən daha aktiv qeyd edin

Ayətullahul-Üzma Məkarim Şirazi müsəlmanları Ramazan ayının son Cümə günü qeyd olunan Qüds günündə keçən illərdən daha aktiv iştirak etməyə çağırıb
well/Aran agentliyi

Ayətullahul-Üzma Məkarim Şirazi müsəlmanları Ramazan ayının son Cümə günü qeyd olunan Qüds günündə keçən illərdən daha aktiv iştirak etməyə çağırıb.

Şeyx Məkarim Şirazi İsrailin indiki şəraitdə vəziyyətinin heç də yaxşı olmadığını bildirərək deyib ki, sionist rejimin dayaq bazaları dünyada tərpənmişdir. İsrailin ən yaxın müttəfiqlərindən olan Mübarək rejiminin Misirdə devrilməsi buna sübutdur. Və ümid edirik ki, Misir xalqı sionist rejiminin səfirliyini ölkədən çıxardacaq və əməllə onlara yağlı bir şillə vurmuş olacaqlar.

Sionist rejimin Tunis və Yəməndə dayaqlarının titrədiyini bildirən mərcei-təqlid bildirib ki, Livanda da bu Hizbullahın sayəsində İsrail öz dayaqlarını əldən verməkdədir.

Bu həftənin cümə günü qeyd olunacaq Qüds günü mitinqlərində daha da şövqlə keçirilməsinə çağırış edən Quran müfəssiri bildirib ki, bizdən soruşurlar ki, mitinqlərin nə xeyri var. Cavabında bildiririk ki. bu mitinqlər sayəsində Misirdə və Tunisdə rejimlər əvəzlənib. Və növbə Yəmən və Bəhreynindir.

Ayətullah Məkarim Şirazi oruc insanın Qüds günündə iştirak etməsini ibadət üstünə ibadət adlandırıb 

  • Yazılıb
  • da (də) 2011 Aug 24