Ümumdünya Qüds Günü bütün şiə və sünnilərin vəhdətdə olduqları ən real mübarizədir...
well/Aran agentliyi
Ümumdünya Qüds Günü bütün şiə və sünnilərin vəhdətdə olduqları ən real mübarizədir
Hər il Ramazan ayının son cüməsi qeyd olunan “Ümumdünya Qüds Günü” azadlıqsevər müsəlmanların ən ciddi, əlamətdar günlərindən hesab olunur. Bu gün yeganə gündür ki, məzhəblərarası problemlər aradan götürülür. Bəli, bu gün bütün müsəlman və digər azadlıqsevər xalqların sionist rejim qarşısında dayandıqları gündür. Həmin sionist rejim ki, Türkiyənin başını kürd problemi ilə, İranın başını Qərb təzyiqi ilə, Azərbaycanın başını Qarabağ işğalı ilə qatır. Həmin sionist rejim ki, Fələstin xalqına illərdir zülm edir. Bunlar azmış kimi, müsəlman dövlətləri arasında nifaq yaramaqdan belə çəkinmir. Müsəlman dövlətləri isə hələ də qəsbkar İsrail dövləti ilə hər cür əməkdaşlıqlarını davam etdirirlər. Məgər Fələstin qədər, hətta ondan da çox zərbə biz almamışıqmı? Nə vaxta qədər Ermənistana maddi və mənəvi dəstək verən ABŞ və İsrail dövlətləri qarşısında boyun bükəcəyik. “Qüds günü” gözəl bir imkandır ki, Azərbaycan hökuməti öz siyasi iradəsini ortaya qoysun. Və Qərbin ikili standartlarına, riyakar siyasətinə yox desin. Yalnız bundan sonra biz bir dövlət kimi, “öz müqəddəratını həll edə bilən dövlətlər”in siyahısına düşə bilərik.
Vüsal Hətəmov