Bakı dövlətinin sionist rejimi ilə əlaqəli siyasətləri onların ölkədə anti-İslam siyasətlər yeritməsinə səbəb olmuşdur
g/Aran xəbər agentliyi
Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü
Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət İnsitutunun ictimai əlaqələr şöbəsindən verilən məlumata görə dünən axşam (23 avqustda) Təbriz Universiteti “Qüds gününün Qafqazda təsirlərinin araşdırılması” konfransının şahidi oldu. Konfransda Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət İnsitutunun müdiri Həsən Qulu, Qüds Gününü imam Xomeyninin (rh) siyasi-ictimai zəmində şah əsərlərindən biri olduğunu və bununla da sionist rejiminin dünya xalqları arasında qanunu olmasının qarşısını aldığını vurğuladı.
İnsitutun müdiri sözünə belə davam etdi: “Qafqaz, İranla qonşuluqda strateji bir məntəqə hesab olur və Qüds gününün təsirləri bu regionda özünü büruz etməkdədir. Qafqazın yetmiş il kommunistlərin hakimiyyəti altında olmasına baxmayaraq, bu günləri Qafqaz xalqları, xüsusilə də Azərbaycan Respublikası şiələri sözü gedən regionun ən böyük ölkəsi olaraq, imam Xomeyninin (rh) düşüncələrinə öz sevgilərini göstərməkdədirlər”.
Həsən Qulu Qafqazın tarix boyu düşüncələrin üzləşməsi olan bir məntəqə olmasına işarə edərək dedi: “Bu gün də Qafqaz, imam Xomeyni (rh) və ateizm düşüncələrinin bir-biri ilə qarşılaşması olan bir məntəqəyə çevrilmişdir. Bir tərəfdən Azərbaycan müsəlmanları İslam hökuməti yaranmasını istəyir, digər tərəfdən isə dövlət və qərb ölkələri bu ölkədə “dinin siyasətdən ayrı olması” fikirlərinin toxumunu səpirlər. Bir tərəfdən xalq, imam Xomeyninin (rh) “İsrail məhv olmalıdır” fikirlərini can-başla qəbul edir və onun icrasını zəruri bilir, digər tərəfdən isə sionist rejimi öz nüfuzunu bu ölkədə artırmağa çalışır ”.
“Qüds gününün Qafqazda təsirlərinin araşdırılması” konfransınin katibi Həsən Qulu, Azərbaycan Respublikası ilə sionist rejiminin əlaqələrinin gizli surətdə getməsini açıqlayaraq dedi: “Bu görüşlərdən sızan məlumatlar çox az və naqisdir. Amma bu az naqis məlumatların özü sionist rejiminin Azərbaycan Respublikası siyasətlərində geniş və dərin təsir qoya bilməsini planlaşdırmasından xəbər verir ”.
Konfransın katibi artırdı: “Sionist rejiminin neft ehtiyaclarının 42%-i AR vasitəsilə təmin edilir. Qarşılıqlı ticarət dövriyyələrinin həcmi səkkiz milyarda çatmışdır. Habuki, AR ilə İran arasındakı bu əlaqə yalnız beş yüz milyon dəyərindədir. Sionist rejimi diplomatları Azərbaycan tərəfindən bu ölkənin anti-İran siyasətləri izləmələrini dəfələrlə tələb etmişlər. Azərbaycan tərəfi də öz növbəsində bəzi münafiqlərə sığınacaq verməsi və sionist rejiminin İranın nüvə alimlərinin qatillərinin gediş-gəlişinin asanlaşdırması, həmçinin, bu rejimin İran barədə casusluğuna imkan yaratması və s. ilə özünün faktiki olaraq sionistlərlə əlbir olmasından xəbər verir”.
Cənab Həsən Qulu öz sözünün davamında dedi: “Bakı dövlətinin sionist rejimi ilə əlaqəli siyasətləri onların ölkədə anti-İslam siyasətlər yeritməsinə səbəb olmuşdur. Bu da bir tərəfdən Azərbaycan dindarlarının dövlətin məscidlərin sökülməsi və hicabın qadağası kimi islamofobiya siyasətləri qarşısında müqavimətinə, digər tərəfdən də İslam və sionizm düşüncələrinin qarşı-qarşıya dayanmasına səbəb olmuşdur. Dindarların İran İslam İnqilabı və imam Xomeyninin (rh) düşüncələrindən ilham alaraq islamofobiya siyasətləri və sionist rejiminin düşüncələri qarşısında dayanması, sionist əqidələrinin İslam təlimləri qarşısında aciz qalmasına səbəb olmuşdur”.
Konfransın katibi Həsən Qulu, Azərbaycan dindarlarının İslam düşüncə və təlimlərinin təbliğçiləri olaraq, “Azərbaycan-İsrail dostluiq parkı”nın rəsmi açılışının, məscidlərin sökülməsinin qarşısını almaq, hicab qadağası siyasətləri qarşısında mərdliklə dayanmaq kimi müxtəlif ərsələrdəki fəaliyyətlərinin sionist rejiminin acizliyi və bacarıqsızlığı əlaməti olduğunu, bu üzdən də sionistlərin görüş və əlaqələrinin adətən, gizli keçirilməsini vurğuladı. Belə ki, bu rejim Azərbaycanın Bakı və digər şəhərlərində yaşayan vətəndaşlarına təhlükə barədə xəbərdarlıq verdi.
Sonda Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət İnsitutunun müdiri Həsən Qulu, Qüds Gününün Qafqazda, o cümlədən Gürcüstan və Azərbaycanda – bu ölkələrin güc strukturlarının maneçiliyinə baxmayaraq – keçirilməsini, İslamın sözü gedən regionda möhkəmlənməsi əlaməti adlandırdı.