g/Aran xəbər agentliyi
Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü
Faktxeber.com-un “İsna” agentliyinə istinadən verdiyi məlumata görə, Tehranda iki il öncə iranlı alim Məsud Əliməhəmmədiyəqarşı terror əməliyyatı həyata keçirən Mossad agentinin məhkəməsi keçirilir. Əslən iranlı olan, ancaq Mossadla əməkdaşlıq edərək terror aktı həyata keçirən Məcid Cəmalifəşi ikinci məhkəmə iclasında maraqlı açıqlamalar verib. O deyib: “İlkin olaraq mən və məni əməkdaşlığa cəlb edən şəxslə birlikdə İstanbula, İsrail konsulluğuna getdik. Orada görüşlərimiz oldu. Qərara alındı ki, mən əldə etdiyim məlumatları onlara ötürüm və sonradan idmançı adı ilə İsrailə səfər edim. Bundan sonra mən 4 dəfə Türkiyəyə səfər etdim və İsrail konsulluğunda hər dəfə Dəm adlı Mossad əməkdaşı ilə daışıqlar apardıq.”
Daha sonra Hakim ondan Bakıya səfəri barədə danışmağını istəyib. Cəmalifəşi deyib: “Bakıya səfər edib 3-4 gün orada qaldım. Bu günlər ərzində mən Mossadın yüksək çinli məmurlarının biri ilə 2 dəfə görüşdüm. Bir sıra lazımı ləvazimat əldə etdikdən sonra Bakı Hava Limanından birbaşa İsrailə getdik. İsrailə getdikdən bir gün sonra mənə 10 gün ərzində silahdan istifadə, əl bombalarının yerləşdirilməsi, qrim etmək, motosikl sürmək və bu kimi digər təlimlər keçirildi.”