Tarix : 2011 Aug 26
Kod 24977

AİP DƏ QÜDS AKSİYASI KEÇİRDİ

AİP-in bir qrup üzvü Bibi Heybət məscidinin qarşısında aksiya keçirib
g/Aran xəbər agentliyi

 

Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü

Bu gün Azərbaycan İslam Partiyasının üzvləri “Beynəlxalq Qüds günü” münasibəti ilə Bibi Heybət məscidinin qarşısında aksiya keçirib. Faktxeber.com-un verdiyi məlumata görə, aksiya hər il Ramazan ayının sonuncu cüməsində qeyd olunan Beynəlxalq Qüds Günü ilə əlaqədar keçirilib. Sayları 60-a yaxın olan aksiya iştirakçıları “Allahu əkbər, “İsrailə ölüm”, “Qarabağa azadlıq”, “Ermənistana ölüm”, “Qüdsə azadlıq”, “Amerikaya ölüm” kimi şüarlar səsləndirilib.

Bundan əlavə, aksiya iştirakçıları Azərbaycan İslam Partiyasının qəbul etdiyi qətnaməni oxuyublar. Bibi Heybət məscidinin növbətçi polis əməkdaşları askiyanın qarşısını almaq istəmələrinə baxmayaraq, qətnamə sona kimi oxunub. Aksiya insidentsiz sona çatıb.

  • Yazılıb
  • da (də) 2011 Aug 26