Tarix : 2011 Aug 26
Kod 24981

“Qarabağ və Qüds mediyada”

Qarabağ və Qüds mediyada”mövzusunda dəyirmi masa keçirildi
گ/Aran xəbər agentliyi

 

Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü



Bu gün Birlik təşkilatı Qüds günü münasibəti ilə “Qarabağ və Qüds mediyada”mövzusunda dəyirmi masa keçirib.

İslamazeri.az internet qəzetinin müxbirinin tədbirdən verdiyi xəbərə görə, tədbirdə bir sıra QHT və media nümayəndələri, təşkilat sədrləri iştirak edib.

Tədbirin açılışını Birlik təşkilatının sədri Vüsal Hətəmov çıxışı ilə açıb. Daha sonra isə, DEVAMM sədri Hacı İlqar İbrahimoglu, Birlik partiyasının sədri Xudu Xuduyev, Təkamül tərcümə mərkəzinin rəhbəri Ceyhun Cəfərov, ölkənin tanınmış ruhanilərindən Hacı İlham Əliyev, Doğru xəbər saytının baş redaktoru Cavid Cabbarlı, İslamazeri.az internet qəzetinin baş redaktor əvəzi Tural Əliyev, "Quran Evi" dərnəyinin rəhbəri Fərid Abdullah, Qarabağ azadlıq təşkilatının nümayəndəsi və digər QHT üzvləri, tarixçi və ziyalılar çıxış edib.

Dəyirmi masada Qüds və Qarabağ problemi müzakirə olunmuş, müxtəlif fikirlər səsləndirilmişdir.

Tarixi analizlər aparılmış, medianın gündəmdə olan problemləri dilə gətirilmişdir.

 

  • Yazılıb
  • da (də) 2011 Aug 26