Tarix : 2011 Aug 26
Kod 24982

AİP üzvləri və ruhanilərin məhkəmə proseseindən reportaj

Növbəti məhkəmə prosesi keçirildi
ل/Aran xəbər agentliyi

 

Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü


İslamazeri.az internet qəzetinin müxbirinin məhkəmədən verdiyi xəbərə görə, bu gün Bakı Ağır Cinayətlərlə İş Üzrə məhkəmədə AİP sədri Mövsüm Səmədov, onun müavini Vaqif Abdullayev, və digər ruhanilər Fəramiz Abbasov, Rufulla Axundzadə və Quba rayon sakinləri Firdovsi Məmmədrzayev və Dəyanət Səmədov və ruhani Zülfüqar Mikayılzadənin cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi keçirildi.

Təmin olunmayan vəsatətlər

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçən məhkəmə prosesində ilk olaraq Dəyanət Səmədov vəsatətlə məhkəməyə müraciət etdi. O. Bildirdi ki, onun həyətində öz iştirakı olmadan axtarış aparılan zaman silah sursat aşkar edilib və bu videolentə alınıb. Onun məhkəmədə nümayiş etdirilməsi təmin olunsun. Məhkəmə yerində müşavirə edərək vəsatəti indiki hal üçün əsassız sayaraq baxılmasını sonraya saxladı. Bunun ardınca vəkil Anar Qasımov ötən məhkəmədə şahid ifadələrinin qeyri-dəqiq olduğunu və məhkəmə prosesinin daha sonra vəkillər tərəfindən dəqiqliklə izlənməsi üçün video çəkilişə icazə verilməsi barədə vəsatət qaldırdı. Yenə yerində müşavirə edən məhkəmə bu vəsatəti də təmin etmədi.

Anar Qasımov video çəkilişin maneə törətdiyini əsas gətirən hakimə yeni vəsatətlə müraciət etdi.

“Möhtərəm hakim heç olmasa audioyazıya icazə verin. Bu ki heç nəyə maneə olmur. Mən proses başlayanda diktofonu qoyacam yazsın məhkəmənin sonunda götürəcəm.”

Hakimlər bu vəsatəti də təmin etmədilər. Daha sonra ittiham olunan şəxslər məhkəmənin tərkibinə etiraz etdilər. Lakin hakim bildirdi ki, bu yazılı şəkildə edilməlidir. Məhkəmədə 10 dəqiqəlik fasilə elan edildi. Vəkillər etirazı yazdılar və ittiham olunan şəxslər imzaladılar. Məhkəmə əvvəlkilər kimi bunu da təmin etmədi.

Ölçü sizdə, tiki sizdə, biçi sizdə. Gəlin bizsiz nə edirsiniz edin.

Bundan sonra ittiham olunan Mövsüm Səmədov söz istədi. Hacı Mövsüm çıxış etdi: “Biz bu günə qədər nə qədər vəsatət qaldırmışıqsa heç biri qəbul olunmayıb. Məhkəmə hətta adi səs yazılmasına da icazə vermədi. Biz özümüzü necə müdafiə edək? Bilirik ki, bu sifarişli bir məhkəmədir. Odur ki, biz vəkillərimizdən və prosesdə iştirakımızdan imtina edirik. Ölçü sizdə, tiki sizdə, biçi sizdə. Gəlin bizsiz nə edirsiniz edin. Daha biz də, vəkillərimiz də, qohum əqrəbamız da əziyyət çəkib bura gəlməsinlər.”

Hacı Mövsümdən sonra digər ittiham olunanlar da eyni vəsatətlə çıxış etdilər. Məhkəmədə vəsatətlərin yazılması üçün fasilə elan edildi. Fasilədən sonra vəsatətlərə baxıldı.
Nəhayət ki...
Axır ki, məhkəmə bir vəsatəti təmin etdi. Amma o da yarımçıq. Belə ki, sonuncu vəsatətin vəkillərdən imtina hissəsi təmin edildi və vəkillər bir-bir zaldan çıxdılar. Lakin ikinci hissə olan ittiham olunan şəxslərin məhkəməyə gəlməməsi onların xüsusilə ağır cinayət törətdikləri əsas gətirilərək təmin edilmədi. Məhkəmə sentyabr ayının 2-dək təxirə salındı.

Balasını barmaqlıqlar arxasından öpən ata və nəvəsinin şəklini bağrına basan baba
Məhkəmədə yaranan fasilə zamanı bir sıra duyğulu anlar yaşandı. Vaqif Abdullayev ailə üzvləri ilə barmaqlıqlar arasından danışırdı. O, səhhətinin yaxşı olduğunu deyirdi. “Şükür Allahın kərəminə. Bura girəndə bir klok dərmanla gəlmişdim. İndi onların heç birinə ehtiyacım yoxdur. Kişi kimi arxanızda durmuşam. Məndən nigaran olmayın.” Elə bu vaxt Vaqif Abdullayev nəvəsinin şəkili göstərmələrini istədi. Ona nəvəsinin şəkilini verdilər. Baba üzünü görmədiyi nəvəsinin şəklini bağrına basdı və gözləri yaşardı.

Amma bu vaxt zaldan “ata səni çox istəyirəm. Yanına gəlmək istəyirəm qoymurlar” deyə uşaq səsi gəldi. Firdovsi Məmmədrzayevin zalda olan azyaşlı oğlu ona tərəf can atırdı. Əvvəlcə ona maneə olmağa çalışsalar da bir nəfər buraxın görüşsün dedi. Barmaqlıqlar arxasında öz övladını qucaqlayan və öpən atanın gözləri yaşardı. Uşaq atasından qopmaq istəməsə də onu dartıb ayırdılar.

  • Yazılıb
  • da (də) 2011 Aug 26