Tarix : 2011 Aug 26
Kod 24984

Mövsüm Səmədov məhkəməyə gəlməkdən imtina etdi

Mövsüm Səmədov: ''Sizə hansı sifarişi və qərarı veriblərsə, onu da bizim iştirakımız olmadan çıxardın. Biz sizin alətinizə çevrilmək istəmirik
well/Aran agentliyi

 

Bu gün Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov, AİP sədrinin müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, Masallı ruhanisi Seyyid Fəramiz Abbasov və Quran hafizi Zülfüqar Mikayılzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Məhkəmə prosesindən sonra islamçıların vəkillərindən imtina etməsi barədə mətbuatda məlumat yayılıb. Yayılan məlumatı dəqiqləşdirmək üçün Mövsüm Səmədovun vəkili Anar Qasımlı ilə əlaqə saxladıq.

Anar Qasımlı Mövsüm Səmədovun və digər həbs olunan şəxslərin vəkillər ilə heç bir probleminin olmadığını qeyd edərək, məhkəmənin qərəzli və sifarşli olduğuna görə, nə vəkillərinin, nə də ki, özlərinin məhkəmədə iştirak etmək istəmədiklərini bildirdi.

“Həbs olunan şəxslərin vəkillərlə heç bir problemi yoxdur. Əslində bu məsələ məhkəmənin qanunsuz, ədalətsiz və qərəzli olması ilə bağlı bir məsələdir. Bu gün məhkəmə iclası başlayan kimi mən vəsatətlər təqdim etdim ki, video çəkilişə icazə verilsin. Hakim bu vəsatəti təmin etmədi ki, bu məsələyə keçən dəfə baxmışıq. Biz bu vəsatətin əvəzində alternativ bir vəsatət təqdim etdik ki, audio çəkilişə icazə verilsin. Biz iclaslarda sadəcə olaraq xırda bir diktatafon gətirərək prosesi səsə yazmaq istədiyimizi bildirdik. Bu vəsatətimiz də təmin olunmadı. Bundan sonra təqsirləndirilən şəxslər məhkəməyə etiraz etdilər ki, siz qərəzlisiz və sifariş yerinə yetirirsiz. Hətta adi bir vəsatəti belə təmin eləmirsiz. Ona görə də sizdən hər hansı bir ədalətli qərar gözləmirik. Etiraz yazılı formada hakimlərə təqdim olundu. Hazırda etiraz baxılmamış saxlanılıb. Sonra Mövsüm Səmədov çıxış edərək bir daha etirazını bildirdi ki, məhkəmənin qərarı artıq indidən aydındır. Siz məhkəməni bir şouya çevirmisiniz. Onsuz da siz istədiyiniz qərarı qəbul edəcəksiz. Vəkillərimiz nə vəsatət verir təmin eləmirsiz. Buna görə də nə mən özüm burada iştirak eləmək istəyirəm, nə də ki, vəkilimin iştirakını istəyirəm.

Mövsüm Səmədov və digər həbs olunanlar konkret olaraq vəkillərdən imtina etməyiblər. Sadəcə olaraq yazdıqları etiraz ərizəsində bildiriblər ki, dünyanın ən tanınmış və savadlı peşakar vəkili də gəlsə mənim hüquqlarımı müdafiə edə bilməyəcək. Ona görə ki, siz siyasi sifariş həyata keçirdirsiniz. Mənim vəkillərdən imtina etməyim nə vəkillə, nə də ki, mənim maddi vəziyyətimlə bağlıdır. Mənə dövlət hesabına da vəkil lazım deyil. Artıq bundan sonra heç mən özüm də məhkəməyə gəlmək istəmirəm. Sizə hansı sifarişi və qərarı veriblərsə onu da bizim iştirakımız olmadan çıxardın. Biz burada iştirak etməklə əslində sizin qanunsuzluqlarınıza hüquqi don geyindiririk ki, guya siz burada bizi hüquqi formada mühakimə edirsiniz. Biz sizin alətinizə çevrilmək istəmirik. Mövsüm Səmədov ərizəsinin sonunda şərt qoydu ki, əgər siz bizim ən elementar hüququmuzu təmin edib məhkəmə iclasında video çəkiliş aparmağa icazə versəniz mən o zaman vəkilim Anar Qasımlı ilə yenidən müqavilə imzalayacam və yenidən onun iştirakı ilə məhkəməyə gələcəm.

Həmçinin Anar Qasımlı dedi ki, “Qanunvericiliyə uyğun olaraq təqsirləndirilən şəxsi heç kim məhkəmədə iştirak etməyə məcbur edə bilməz. Həbs olunan şəxs məhkəməyə gəlməkdən imtina edə bilər.”

/news/FaktXeber

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Aug 26