Tarix : 2011 Aug 27
Kod 24986

Gəncə dindarlarının bəyanatı

Beynəlxalq Qüds günüdür bu gün
well/Aran agentliyi

 

Beynəlxalq Qüds günüdür bu gün . Əgər müsəlmanlar dünya Qüds gününü anarsa , hər zaman Qüdsə və Məscidül-Əqsaya sahib çıxarsa, dünya xalqları bunun bir ərəb-İsrail məsələsi olmadığını, ümumiyyətlə bütün müsəlmanların problemi olduğunu biləcəklər.

Müsəlmanlar bir olmalı , dəyərlərinə sahib çıxmalıdır. Qüds günü vəhdət üçün bir simvol olmalıdır. Qüds müsəlmanların üç hərəmindən biridir. Hər bir müsəlman Məscidül-Əqsa və Qüds üçün maddi, mənəvi yardımını əsirgəməməlidir.

Qüds peyğəmbərlər şəhəridir. Allah Elçisinin (s) Merac möcüzəsinin əhəmiyyətli nöqtəsidir. Belə bir müqəddəs məkan sionistlərin əsarətindədir. Bunun narahatlığı bütün müsəlmanlara aiddir. Müsəlman olan və İslami məsuliyyət daşıyan hər kəs sionoztlərə qarşı çıxıb Məscidül-Əqsaya sahib durmalı, bu məsələlərdə həssas olmalı və işğalçı qarşısında acizlik göstərməməlidir. Hər bir müsəlman özünü fələstinli bilməli, fələstinlilərin yanında olmalıdır. Eyni ağrını hamımız çəkməliyik. Hər bir öldürülən fələstinli ilə bizlər də öləcəyik, ağlayan gözlər bizim olacaq, axan qanlar bizim damarlarımızdan axacaq. İşğalçı İsrailin Qəzzəyə təcavüzü və Mavi Mərmərə humanitar karvanına basqını bütan dünyanı ayağa qaldırdı. İsrail BMT səviyyəsində hərbi cinayətlərdə ittiham edildi. Beynəlxlaq ictimaiyyətin sionizmin əsil sifətini görməsi ilə Qüds Günü beynəlxalq bir tədbirə çevrildi. Təcavüzkar İsrail rejimi, onun ABŞ və Qərb dövlətləri kimi müttəfiqləri bütün dünyada rüsvay oldular.

Təəssüf ki, müsəlman ölkələrinə qarşı BMT-nin ilk qətnaməsinə əməl olunduğu halda İsrailə qarşı qətnamələr yerdə qaldı və Tel-Əviv daha da azğınlaşdı. Bu ikili münasibət bir daha təsdiqlədi ki, əsil qurtuluş qətnamələr yox, müsəlmanların oyanışı və zülmə qarşı Qüds Günü kimi haraylardır. Fələstin problemindən sonra dünyada uzun müddət həllini tapmamış başqa bir problem Dağlıq Qarabağ münaqişəsidir. Dağlıq Qarabağın işğaldan azad edilməsi ilə bağlı BMT-nin təkcə 1993-cü ildə 4 qətnaməsi olsa da eynən Fələstinin azadlığı istiqamətində qətnamələr kimi yerinə yetirilməyib. Müsəlman ölkələrini müxtəlif bəhanələrlə viran qoyan dünya imperializmi sionist yəhudi və daşnak ermənilərin cinayətlərinə göz yumur. Bu baxımdan Qüds Günü həm də Qarabağın azadlıq günüdür.Biz Gəncəlilər Qüds və Qarabağı işğal edən daşnak partiyasına dəstək verəm İşğalçı Sionist İsrail rejiminin səfirliyini ölkəmizdə fəaliyyətini dayadırılmasını tələb edirik

 

 

 

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Aug 27