Tarix : 2011 Aug 26
Kod 24988

“Beynəlxalq Qüds Günü” açıqlamaları - Hacı Hacıağa Nuri

Bu gün mübarək Ramazan ayının son cümə günüdür. Hər il dünyada bu gün Beynəlxalq Qüds Günü kimi geniş qeyd olunmaqdadır
well/Aran agentliyi

 

 Bu gün mübarək Ramazan ayının son cümə günüdür. Hər il dünyada bu gün Beynəlxalq Qüds Günü kimi geniş qeyd olunmaqdadır. Bu günün ümmət və ümmətin bir parçası olan xalqımız üçün kəsb etdiyi əhəmiyyətindən söz açarkən, Nardaran ağsaqqalı Deyerler.org-a demişdir: “Bismillahir-Rahmənir-Rahim! Azərbaycan İslam dünyasının ayrılmaz hissəsidir. Qüds də İslam aləminin ilk qibləsidir. Bu gün həm də Qüdsün 63 illik işğalının dayandırılması günüdür. Qüds günü ilə əlaqədar dünyanın hər yerində işğala, təcavüzə məruz qalanların müdafiəsi günüdür. O cümlədən bizim də torpaqlarımız işğal altındadır. Bu baxımdan “Qüds günü” ikiqat əhəmiyyət kəsb edir. Qarabağın işğalı Qüdsün işğalının davamıdır. Qüdsü-Şərif azad olsa, Qarabağ da dərhal azad olacaq”.

  • Yazılıb
  • da (də) 2011 Aug 26