Tarix : 2011 Aug 26
Kod 24989

İçərişəhər “Cümə” məscidi dini icması “Beynəlxalq Qüds Günü” münasibətilə konfrans keçirmişdir

Mübarək Ramazan ayının son cümə günü dünyada “Beynəlxalq Qüds Günü” kimi geniş qeyd edilməkdədir
well/Aran agentliyi

 

Deyerler.org: Mübarək Ramazan ayının son cümə günü dünyada “Beynəlxalq Qüds Günü” kimi geniş qeyd edilməkdədir. Bu münasibətlə İçərişəhər “Cümə” məscidi dini icması konfrans keçirmişdir. Konfransı açan İçərişəhər “Cümə” məscidinin imam-camaatı, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu “Qüds günü”nün fəlsəfəsindən və əhəmiyyətindən danışmışdır. Daha sonra konfransın qonaqları: “Mənəvi Saflığa Dəvət” İB-nin rəhbəri Hacı Elşən Müstafoğlu, Nardaran ağsaqqalı Hacı Hacıağa Nuri, ilahiyyatçı Hacı Mirmehdi Hüseyni, “Təkamül Tərcümə və Elmi Araşdırmalar Mərkəzi”nin direktoru Hacı Ceyhun Cəfərov, ilahiyyatçı Hacı Yusif Bağırzadə, “Azərbaycan Birlik Təşkilatı”nın sədri Hacı Vüsal Hətəmov çıxışlar etmişlər.

Konfrans çərçivəsində DEVAMM fəalı Humay Həsənova, həmçinin “İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyasının “Dəyərlər” Dini Jurnalistika Məktəbi”nin dinləyiciləri  Azər Nəsirov, Günel Hüseynli, Mətləb Həmzəli, LeylaAbbasova, Xəqani Səfərov “Qarabağı və Qüdsü unutma” mövzusunda yazılmış esse və məqalələr təqdim edilmişdir.

Konfransın sonunda “Əhli-Beyt (ə) aşiqləri” dini-yaradıcılıq qrupunun təqdimatında “Qarabağ və Qüds - döğma, qərib qardaşlar” kompozisiyası dinlənilmişdir.

  • Yazılıb
  • da (də) 2011 Aug 26