Tarix : 2011 Aug 27
Kod 25006

Hacı Tale Bağırov zindandan məktub yazıb

''İqtidar başa düşməlidirki, bizi həbs edə bilər, öldürə bilər, sürgün edə bilər amma zəlil edə bilməz''
well/Aran agentliyi

 

Azadxeber.az saytının verdiyi məlumata görə, may ayının 6-sı Təhsil Nazirliyinin qarşısında "Hicaba Azadlıq!" aksiyasında həbs edilən hicab məhbusu, ilahiyyatçı, Höccətul-İslam Hacı Tale Bağırovdan yeni məktub əldə edilib.

Məktubda Hacı Tale Bağırov Beynəlxalq Qüds gününə münasibət bildirərək qeyd edib ki, dünyanın hər bir ölkəsində sionistlər islamofobiyanı genişləndirir, islami dəyərlərin aradan getməsinə çalışır, başda Fələstin xalqı olmaqla bütün dünya müsəlmanlarına terrorist damğası vuraraq zülm edirlər. Bü gün hər bir kəsin borcudur ki, zülmə məruz qalan Fələstin xalqını müdafiə etsin.

Məktubun mətnini təqdim edirik: "Bağışlayan və Mehriban olan Allahın adı ilə. Salam olsun Allah ayələrini müdafiə edən müsəlman bacı və qardaşlarıma! İlahi qanunvericilik sistemi bəşəriyyətin əbədi səadətə çatmağında əsas rol oynayır. Bu qanunları müdafiə etmək bütün insanların vəzifə borcudur. Tarix boyu şeytan xislətli insanlar İlahi prinsiplərə qarşı mübarizə aparmış və bütün qüvvələrini bu yolda səfərvər etmişlər. Sözün həqiqi mənasında belə xislətli insanlar bəşəriyyətin açıq-aşkar düşmənləridirlər. Amma buna baxmayaraq həqiqət carçıları həmişə İlahi prinsiplərin müdafiəsi uğrunda öz sinələrini sipər etmiş və bu yolda hətta canlarını belə fəda etmişlər. Çox təəsüflə qeyd etmək lazımdır ki, bu cür şeytan xislətli insanlar doğma vətənimiz Azərbaycanda da öz fəaliyyətlərindən əl çəkmirlər. Onlar açıq-aşkar İlahi prinsiplərə qarşı mübarizə aparır, cəmiyyətdə ictimai fəsada köklü şəkildə rəvac verirlər. Haqiqətən onlar Azərbaycan xalqının xain düşmənləridirlər. Müsəlman xalqımız gec-tez bu xəyanətin qarşısını alacaq. Orta təhsil ocaqlarında hicaba qarşı qoyulmuş qadağa bu xəyanətə bir sübutdur. Azərbaycanda təhsil sistemini bərbad hala qoymaqlarına baxmayaraq utanmazcasına çirkin əllərini İlahi qanun olan hicaba uzadırlar. Şübhəsiz ki, hicaba qarşı uzanan çirkin əllər tezliklə xalqımız tərəfindən kəsiləcək. İlahi prinsipləri müdafiə edən xalqımız heç vaxt hicaba qoyulmuş qadağa ilə barışmayacaq. İlahi qanun olan hicabı son damla qanımıza qədər müdafiə edəcəyik. Bizi zindanla qorxuda bilməzlər. İqtidar başa düşməlidirki, bizi həbs edə bilər, öldürə bilər, sürgün edə bilər amma zəlil edə bilməz. Zidanda qaldıqca Allaha olan imanımız daha da artır. Biz Allah yolunda olan zindanı nemət hesab edirik. Allah Təala Qurani-Kərimin Ali İmran surəsinin 173-cü ayəsində buyurur: "Həmin o kəslər ki, camaat onlara "camaat sizinlə vuruşmaq üçün toplaşıb, onlardan qorxun” dedi. Amma bu xəbər onların imanını artırdı və dedilər: Bizə Allah kifayətdir və O, gözəl vəkildir".Bu ayə inanclı insanların xüsusiyyətlərini bəyan edir. Yəni inanclı insanlara “qorxun sizi tutarlar, işgəncə verərlər, öldürərlər” deyildikdə onlar bu sözlərdən nəyinki qorxarlar, əksinə onların Allaha olan inancları daha da artar. Uca Rəbbimiz hicabı müdafiə edən bacı və qardaşlarımızı müvəffəq etsin. Amin!Tale Bağırov Kürdəxanı istintaq təcridxanası"

 

  • Yazılıb
  • da (də) 2011 Aug 27