Tarix : 2011 Aug 27
Kod 25007

Hacı Abgül Süleymanovun qohumları ona bağlama göndərə bilmir

Onu narkotik maddə ittihamı ilə tutsalar da işi polis deyil hələdə MTN tərəfindən aparılır
well/Aran agentliyi
 

Xəbər verdiyimiz kimi ölkənin tanınmış ruhanisi Hacı Abgül Süleymanov həbs edildikdən sonra hələdə MTN-də saxlanılır.

Onu narkotik maddəsi və qanunsuz silah saxlamaq ittihamı ilə həbs etsələrdə işi polis deyil hələ də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılır.

Belə ki, bu həftənin əvvəlindən etibarən Hacı Abgül üçün aparılan bütün bağlamalar geri qaytarılıb. Səbəb kimi onun həmin gün bağlama qəbul edilmə günü olmadığı göstərilib. Lakin Hacı Abgülün qohumları və ailə üzvləri həftənin bütün günləri getmələrinə baxmayaraq onu bağlama verə bilməyiblər.

Bu barədə Azadxeber.az saytına Hacı Abgül Süleymanovun ailə üzvləri məlumat veriblər.

Qeyd edək ki, tanınmış ruhani Hacı Abgül Süleymanov Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmışdı. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları onun olduğu evə basqın edərək onu zorakılıqla avtomobilə mindiriblər.MTN evdə vəhşilik törədib; ev əşyaları sındıraraq yararsız hala salınıb.Hacı Abgül Süleymanovun vəkili Anar Qasımov, müvəkkilinin cinayət məcəlləsinə əsasən 234.1. (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə saxlanıldığını bildirib.

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Aug 27