Tarix : 2011 Aug 27
Kod 25008

Yevlaxda da Qüds günü keçirilib

Aksiyada məhv olsun ABŞ, məhv olsun İsrail, məhv olsun Ermənistan şüarları səsləndirilib
well/Aran agentliyi

 

İslamazeri.az internet qəzetinə daxil olan məlumata görə, bu gün Beynalxalq Qüds günü munasibəti ilə Yevlax şəhərində inanclı insanlar tərəfindən avtomabil karvanını hərəkəti ilə başlayan təntənəli yürüş tədbiri keçirilib.

Tədbir zöhr və əsr namazından sonra Yevlax Cümə Məscidindən avtomobil karvanınin hərəkətiylə başlayaraq şəhər mərkəzi xəstəxanasının qarşısına kimi davam etdirilib.

İnanclılar mərkəzi xəstəxananın qarşısında avtomobillərdən yerə enərək piyada yürüşlərini şəhidlər xiyabanına kimi davam etdiriblər.

Tədbirin davamı şəhidlər xiyabanında davam etdirildi.

Şəhərdə Qüds günü haqqında kütləvi halda braşurlar paylanılıb.

Qeyd edək ki, "Qüds islamda vəhdət, zülmlə mübarizə, Qarabag günüdür" mövzudarında cıxışlar olunub.

Sonda isə Yevlax inanclıları məhv olsun ABŞ, məhv olsun İsrail, məhv olsun Ermənistan şüarları səsləndirərək şəhidlərin məzarlarını ziyarət edib Qarabağın, Qüdsün və bütün müsəlman torpaqlarının azadlığı üçün dualar ediblər.

  • Yazılıb
  • da (də) 2011 Aug 27