Tarix : 2011 Aug 27
Kod 25010

Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasını arzulayıram – İranın Bakıdakı səfiri

“Beynəlxalq Qüds günü münasibəti ilə bütün azadsevər müsəlman xalqlarını, xüsusən də azərbaycanlı bacı və qardaşlarımı təbrik edirəm
well/Aran agentliyi

 

“Beynəlxalq Qüds günü münasibəti ilə bütün azadsevər müsəlman xalqlarını, xüsusən də azərbaycanlı bacı və qardaşlarımı təbrik edirəm. Bütün işğal edilmiş ərazilərin – Əfqanıstan, İraq, həmçinin Azərbaycanın işğala məruz qalan torpaqlarının azad olunmasını arzulayıram”. Bunu SalamNews-a müsahibəsində İranın Azərbaycandakı səfiri Məhəmmədbaqir Bəhrami deyib.

Onun sözlərinə görə, hazırda dünyada, o cümlədən Yaxın Şərqdəkı vəziyyət hadislərin "qəddar ölkələrin xeyrinə cərəyan etmədiyini" göstərir: "Məsələn, ABŞ hazırda ciddi iqtisadi problemlərlə üzləşib. Bu isə onların hökmranlığının sonuna az qaldığını göstərir. Xalq hərəkatları göstərir ki, sionist rejimin arzuları elə onların ürəklərində qalacaq. Misir, Liviya və Tunisdəki xalq hərəkatları xalqların birliyinin və sionist rejiminin uğursuzluğa düçar olacağının göstəricisidir".

Səfir söyləyib ki, bütün bu proseslər sionistlərin əsl simasını nümayiş etdirmək üçün səbəb oldu. Onlar yenə də bombalara əl ataraq Qəzza zolağında fələstinliləri qətlə yetirirlər. Amma sionist rejim uçurumun kənarındadı. FƏTH, HƏMAS və digər Fələstin təşkilatlarının birləşməsi yaxşı nailiyyətdir. Ümid edirəm ki, bütün fələstinli qaçqınlar, müsəlmanlar, xristianlar və yəhudilər dopğma yurdlarına qayıdacaqıar və müstəqil və müasir hökumət yaradacaqlar.

İranlı diplomatın fikrincə, BMT-də müstəqil Fələstin Respublikasının yaradılması təklifinin müzakirəsi Əl-Qüds əş-Şərifin azadlığına doğru atılmış addımdır: "Bu gün İslamın düşmənləri müsəlman xalqları arasında nifaq salmağa çalışırlar, sionizm isə bu prosesdə əsas amildir. Ümid edirəm ki, İslam vəhdəti yer üzündə elə bir sivilazasiya yaradacaq ki, onun çərçivıəsində sülh, stabillik və əminamanlıq təşəkkül tapacaq. Qaçqınların yurdlarına qayıtması Cənubi Qafqaz böhranını aradan qaldıracaq. Ümidvaram ki, yaxınlarda Qarabağın mərkəzi məscidində Cümə namazı qılacağıq, həmçinin İmam Zamanın (ə.s) imamlığı ilə Əl-Qüdsdə camaat namazı qılacağıq".

  • Yazılıb
  • da (də) 2011 Aug 27