Tarix : 2011 Aug 27
Kod 25011

Haqq Yolu son həbslərə etiraz edir

Qüds Günü Dünyada və Azərbaycan Respublikasında keçirilən etiraz aksiyaları Haqq Yolu Elm və Mədəniyyət İnstitutunda müzakirə edilib
well/Aran agentliyi

 

Qüds Günü Dünyada və Azərbaycan Respublikasında keçirilən etiraz aksiyaları Haqq Yolu Elm və Mədəniyyət İnstitutunda müzakirə edilib. Dünya boyu Qüds Günü aksiyaları dövlət səviyyəsində dəstəklənsə də, Azərbaycanda dindarlar ənənəvi anti-islam münasibətlə üzləşiblər. Dindarların İsrail səfirliyi qarşısında keçirdiyi aksiya daha böyük polis özbaşnalığı ilə yadda qalıb. Polis hətta qadınlara rəhm etməyib. Eynən Qüdsdə işğalçı İsrail polisinin üsulları təkrarlanıb. Aksiya iştirakçısı MRC sədri ruhani Tohid İbrahimbəyliyə artıq 7 sutka həbs verilib. Bütün aksiyaçılar zorakılağa məruz qalıb.

Bibi Heybət ziyarətgah-məscidi ətrafında aksiya keçirən AİP fəalları da polis tərəfindən zorakılağa məruz qalıb. Onların işğala qarşı şüarları əllərindən alınıb.

Haqq Yolu EMİ bu yaxınlarda Fələstin azadlıq təşkilatının sədri Mahmud Abbasın Bakıya səfərində Azərbaycan prezidenti İlham Əliyevin sözlərini yada salaraq bildirir ki, ölkədə özbaşınalıq hökm sürdüyü göz qabağındadır. Həmin görüşdə İ. Əliyev deyib: “Biz bütün təşkilatlar çərçivəsində Fələstin dövlətini dəstəkləyirik. Hesab edirik ki, tezliklə paytaxtı Şərqi Yərusəlim olan müstəqil Fələstin dövləti yaradılmalıdır. Bu bizim mövqeyimizdir və bu mövqeyi istənilən beynəlxalq təşkilatda vurğulayırıq. Bir tərəfdən bu qardaşlıq borcumuz, digər tərəfdən isə beynəlxalq hüquq normaları əsasında formalaşmış mövqedir. “ Belə çıxır ki, prezidentin tezislərinə dəstək aksiyalarda dindarlara qarşı qanunsuzluqdan onun xəbəri yoxdur. Ya da dövlət səviyyəsində sionizmin maraqlarına xidmət edilir.

Haqq Yolu EMİ ölkə miqyasında tanınmış ruhani və dindarlara qarşı repressiyanı pisləyir və bütün günahsız tutulanların təcili azadlığa buraxılmasını tələb edir.

Haqq Yolu EMİ

  • Yazılıb
  • da (də) 2011 Aug 27