Tarix : 2011 Aug 27
Kod 25012

DEVAMM Bakıda İsrail rejiminin səfirliyi qarşısındakı həbsləri pisləyib

Qüds günü münasibətilə İsrail rejiminin səfirliyi qarşısında aksiya keçirən dindarlardan 2-nə həbs cəzası verilməsini DEVAMM - Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi pisləyib
well/Aran agentliyi

 

Qüds günü münasibətilə İsrail rejiminin səfirliyi qarşısında aksiya keçirən dindarlardan 2-nə həbs cəzası verilməsini DEVAMM - Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi pisləyib.

Mərkəzin sədri Hacı İlqar İbrahimoğlu bildirib ki, aksiyaçılar öz konstitusion hüquqlarından yararlanaraq, mövqelərini ifadə ediblər və onları buna görə təqibə məruz qoymaq - insan haqlarının pozulmasıdır. "Ümmətin torpaqlarının - Qüdsün, Qarabağın, Kəşmirin, Əfqanıstanın, İraqın dərdini dünyaya çatdırmaq niyyətilə keçirilən bu aksiyalar - insanların özünüifadə azadlığının təzahürüdür.

Hacı İlqar İbrahimoğlu əlavə edib : "DEVAMM olaraq, bu aksiyaçıların həbsindən dərin narahatlığımızı ifadə edir və onların haqlarının bərpası üçün əlaqədar qurumlara müraciət edirik".

Qeyd etmək lazımdir ki, 30-a yaxın həbs olunanlar dindarlardan izahat alındıqdan sonra sərbəst buraxılıblar. Həbs olunanlar arasında 5 nəfər isə məhkəmə qərarı ilə müxtəlif cəzalar verilib. Belə ki, dindarlardan Tovhid İbrahimbəyov 7 sutka, Elxan Hüsyenov isə 5 sutka azadlıqdan məhrum ediliblər. Digər 3 nəfər isə pul cəriməsi olunaraq sərbəst buraxılıblar.

  • Yazılıb
  • da (də) 2011 Aug 27