Tarix : 2011 Aug 27
Kod 25014

Moskvada ''İsrail, Qüdsdən rədd ol!'' deyildi

Moskvada nümayiş iştirakçıları İsrailin işğalçı siyasətinə qarşı etirazlarını bildiriblər
well/Aran agentliyi

 

 Güclü yağışa baxmayaraq, dünən Moskvanın «Яузские ворота» meydanında «Vətən gömrükçülərinə» qoyulmuş abidənin qarşısında İsrailin fələstinlilərə qarşı işğalçı siyasətinə etiraz olaraq icazəli aksiya keçirilib.

SalamNews xəbər verir ki, nümayişin təşkilatçısı Famil Cəfərovun sözlərinə görə, uzun ilərdir Ramazan ayının sonuncu cümə günü qeyd edilən Beynəlxalq Qüds günü münasibətilə işğal olunmuş Fələstin əraziləri də daxil olmaqla, dünyanın hər yerində etiraz aksiyaları, nümayişlər və yığıncaqlar keçirilir.O deyib: "Biz 5 ildir bu günü nümayişlə qeyd edirik. İnanıram ki, dinindən və milliyyətindən asılı olamayaraq bütün sülhsevər insanları Fələstin xalqı ilə həmrəyliyə çağırıram. Çünki İsrail işğalına qarşı yönələn bu mübarizə, xeyrin şərə qarşı mübarizəsidir".

Bildirək ki, nümayiş iştirakçıları "İsrail, Qüdsdən rədd ol!", "Qəzza Zolağının blokadası aradan qaldırılmalıdır!", "İsrail Qəzzadan əl çək!", "Əl-Qüds kafirlərdən azad ediləcək!" kimi şüarlarla çıxış

 

  • Yazılıb
  • da (də) 2011 Aug 27