Tarix : 2011 Aug 28
Kod 25017

KİYEVDƏ QÜDS GÜNÜ

Kiyevdə yaşayan azərbaycanlı dindarlar BMT-nin binası istiqamətinə piyada yürüşü ediblər
well/Aran agentliyi

Kiyevdə yaşayan azərbaycanlı dindarlar BMT-nin binası istiqamətinə piyada yürüşü ediblər.

Azadxeber.az saytının redaksiyasına daxil olan məlumata görə, Ukraynanın Kiyev şəhərində cümə namazından sonra, "Əhlibeyt" cəmiyyəti tərəfindən Qüds günü münasibəti ilə, BMT-nin binası istiqamətinə piyada yürüşü edilib.

Binanın qarşısında Fələstin torpaqlarının İsrail işğalçılarından azad edilməsi tələbi haqqında və eyni zamanda Dağlıq Qarabağın erməni işğalçılarından azad edilməsi tələbi haqqında qətnamə oxunub.

"Əhlibeyt" cəmiyyət tərəfindən təşkil edilən Qüdsə və Qarabağa azadlıq yürüşündə "Məhv olsun İsrail", "Məhv olsun Amerika", "Məhv olsun Ermənistan" şüarları səsləndirilib.

 

 

  • Yazılıb
  • da (də) 2011 Aug 28