Tarix : 2011 Aug 28
Kod 25019

2011-in MƏHKUMLUQ XRONİKASI

2011-ci il məhkumlarının sayında artım var
well/Aran agentliyi

 

2011-ci il məhkumlarının sayında artım var. Avqustun 27-də müxalif İctimai Palatanın üzvü, hüquq müdafiəçisi Vidadi İsgəndərli Göyçay Rayon Məhkəməsinin hökmü ilə 3 müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. Bununla 2011-ci ildə məhkum olunan fəalların və onlara yaxın şəxslərin sayı 15-ə çatıb.

"Media forum" 2011-in məhkumluq xronikasını təqdim edir:

4 may - gənc fəal Cabbar Savalanlı;

11 may - ruhani Azər Cəbiyev;

18 may - gənc fəal Bəxtiyar Hacıyev;

2 iyun - ilahiyyatçı Həsən Məmmədov;

17 iyun - xalq hərəkatı liderlərindən Nemət Pənahlı və dostu Ceyhun Fərzullayev;

29 iyun - ruhani Fəxri İlyasov;

21 iyul - AXCP fəalı Şahin Həsənli;

25 avqust - AXCP üzvləri Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Müsavat fəalı Elşən Həsənov və bitərəf Elnur İsrəfilov;

27 avqust - hüquq müdafiəçisi Vidadi İsgəndərli.

 

 

  • Yazılıb
  • da (də) 2011 Aug 28