Tarix : 2011 Aug 28
Kod 25022

''Mən ilk hədələri Gəncəli ruhanilərin vəkili olandan alıram''

Elçin Namazov olayları İslamazeri.az-a dəyərləndirdi
well/Aran agentliyi

İslamazeri.az saytının müxbiri vəkil Elçin Namazovun vəkillər kollegiyasından çıxarılması hədəsi ilə əlaqədar özü ilə əlaqə saxlayıb.

Elçin Namazov bildirib: "Mən birinci dəfə deyilki hədələnirəm. İlk hədələrimi Gəncəli ruhanilər Azər Cəbiyev və Fəxri İlyasovun vəkili olandan alıram. O vaxtdan məni vəkillər kollegiyasından çıxarmaqda hədələyirlər. Daha sonra isə Bəxtiyar Hacıyevin vəkili olandan sonra daha da artdı.Bu hədələr neçə ay idiki davam edirdi. 2 aprel mitinqindən sonra daha da şiddətləndi. Yəni həbs olunanların içində müvəkkillərimin olmasından sonra. Bu hədələrə səbəb isə mənim davamlı mücədələ etməyim, cəsarətli davranışım və edilən haqsızlıqlara susmamağımdır. Azərbaycan məhkəmələrində müstəqil, obyektiv və haqqı tələb edən vəkillərin sıxışdırılması prosesi başlayıb."

Xatırladaq ki, vəkil Elçin Namazov barəsində Cinayət Məcəlləsinin 289-cu maddəsi ilə cinayət işi qaldırılması barədə Respublika Prokurorluğuna müraciət olunub.

 

Cinayət Məcəlləsindən çıxarış:

Maddə 289. Məhkəməyə hörmətsizlik etmə289.1. Məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə -

şərti maliyyə vahidi məbləğinin üç yüz mislinədək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

289.2. Eyni əməllər hakim və ya andlı iclasçılar barəsində törədildikdə - şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən beş yüz mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

 

 

  • Yazılıb
  • da (də) 2011 Aug 28