Tarix : 2011 Aug 29
Kod 25030

Aksiyaçıların həbsinə dair Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin bəyanatı

Avropa İttifaqı nın Bakı nümayəndəliyi ölkədə toplaşma azadlığına dair öz narahatlığını ifadə edən bəyanatları xatırladaraq
عادلی/Aran agentliyi

Aran xəbər agentliyi\Azərbaycan Respublikası bölümü

 Avropa İttifaqı nın Bakı nümayəndəliyi ölkədə toplaşma azadlığına dair öz narahatlığını ifadə edən bəyanatları xatırladaraq

Avropa İttifaqı nın Bakı nümayəndəliyi 2 aprel 2011-ci il tarixli dinc aksiyalardan sonra ölkədə toplaşma azadlığına dair öz narahatlığını ifadə edən bəyanatları xatırladaraq, Aİ Nümayəndəliyi həmin aksiyalarda iştirak etmiş altı nəfər şəxslə  bağlı dünən verilən hökmlərə dair öz təəssüfünü bildirir.

Buna görə də Aİ Nümayəndəliyi məhkəmə sistemini ədalətli, şəffaf və sübutlara əsaslanan apelyasiya prosesini təmin etməyə çağırır.

"Aİ Nümayəndəliyi ölkədə baş verən yerli hadisələri yaxından müşahidə etməyə və müvafiq hesabatlar verməyə davam edəcək, demokratiya və qanunun aliliyi kimi sahələrdə Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərinin həyata keçirilməsində ölkəyə yardımında sadiq qalacaq " deyə bəyanatda vurğulanıb.

Norveç Krallığının Azərbaycandakı Səfirliyi Avropa İttifaqının bu yerli bəyanatını dəstəkləyir.

  • Yazılıb
  • da (də) 2011 Aug 29