Tarix : 2011 Aug 29
Kod 25032

Tehranla Bakını küsdürən nədir?

İki ölkə arasında yaşanan son gərginliyin kökündə Azərbaycanın İsraillə strateji əməkdaşlığının inkişafı durur
عادلی/Aran agentliyi

Aran xəbər agentliyi\Azərbaycan Respublikası bölümü

İki ölkə arasında yaşanan son gərginliyin kökündə Azərbaycanın İsraillə strateji əməkdaşlığının inkişafı durur.

Azərbaycan-İran arasında münasibətlər ötən həftə İran rəsmisinin Azərbaycan rəhbərliyini "İslama zidd hərəkətlərdə" ittiham etdiyi iddia olunan xəbərlərdən sonra gərginləşib.

İran mediasında bir müddət əvvəl yer almış məlumatlara görə, İran Silahlı qüvvələrinin rəhbəri Firuzabadi Azərbaycan prezidentinə xalqın "oyanışının" qarşısını almamağı məsləhət görüb və əks halda onu "amansız tale" gözlədiyini deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin İranın Bakıdakı səfirliyinə verdiyi etiraz notasının ardınca İran səfirliyi təkzib açıqlaması yaymışdı.

Səfirlik İran mətbuatında yayılan xəbərin həqiqətə uyğun olmadığını bildirmiş və anlaşılmazlıqda jurnalistləri suçlamışdı.

İran parlamentinin spikeri Əli Laricani bu gərginlikdən sonra “bəzi rəsmilər heç bir səbəbsiz fikirlər söyləyərkən İran və qonşu ölkələr və ya digər İslam ölkələri arasında münasibətlərə ziyan vurmamalıdır” bəyanatını verib.

 

İsrail amili

İki ölkə arasında yaşanan son gərginliyin kökündə Azərbaycanın İsraillə strateji əməkdaşlığının inkişafı durur.

Azərbaycan və onun əsas ticarət partnyorlarından olan İsrail rəsmiləri arasında son vaxtlar aparılan danışıqlarda kəşfiyyat və təhlükəsizlik sahəsində əməkdaşlıq əsas yer tutur.

Azərbaycanla kəşfiyyat əməkdaşlığı İranın nüvə proqramında irəliləyişinə dair İsrailin apardığı qiymətləndirmələrdə mühüm rol oynayır.

“İran həm də İsrailin Azərbaycanda İrana qarşı potensial hücumlar üçün hava bazası yerləşdirməsinin mümkünlüyündən narahat olmalıdır”.

Politoloq Ərəstun Oruclu İsrail və Azərbaycan əməkdaşlığının Tehran-Bakı münasibətlərində gərginlik yaradan amil olmasını istisna etməsə də, bunu daha çox spekulyasiya predmeti hesab edir və Azərbaycanın qəzəbli reaksiyasını İran generalının tənqidləri birbaşa Prezidentə yönəltməsində görür.

“Bundan əvvəl də İrandan belə hədələr gəlmişdi, bu dəfə isə onlar birbaşa İlham Əliyevə ünvanlanıb" - deyir politoloq.

Təhlilçilər İranın çoxsaylı azərbaycanlı əhalisini də İranı qorxudan potensial gərginlik ocağı kimi görür.

Bəzi dəyərləndirmələrə görə İran əhalisinin 25 faizə qədəri azərbaycanlılardır və onların çoxu Tehranın onların haqlarını pozduğunu deyir.

Öz növbəsində, İslamın baş qaldırmasından narahat olan Azərbaycan özünün şiə əhalisi arasında İranın nüfuzundan yaxşı xəbərdardır.

 

Azərbaycanın İrandan qisas alması

MTN və Baş prokurorluğun bəyanatında deyilir ki, Azərbaycana qarşı “xarici dövlətə kömək etməkdə” şübhəli bilinən Abgül Süleymanov və digərləri İslam Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzinin əməkdaşları və beynəlxalq axtarışda olan və İranda yaşayan şəxslə “sıx əlaqələr saxlayıb” və təlimat alıblar.

Ərəstun Oruclu islamçıların ötən həftəki həbs dalğasını Azərbaycanın İrandan qisas alması kimi şərh edir: “Söhbət Azərbaycan vətəndaşlarının saxta ittihamlarla həbsindən gedir və nəticədə onları İrana bağlayırlar”

Politoloq Ərəstun Oruclu hesab edir ki, Azərbaycanda İslamçı qüvvələrin sayı az olsa da, “mütəşəkkil olarsa”, İslam İnqilabı istiqamətində addımlar ata bilərlər.

Beynəlxalq təşkilatların isə Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatlarında din azadlıqlarının pozulmasına dair tənqidlər də yer alır.

azadxeber.az

  • Yazılıb
  • da (də) 2011 Aug 29