Tarix : 2011 Aug 29
Kod 25033

TƏHSİL NAZİRİ POSTUNA İDDİALI NAMİZƏD

Cəfər Cəfərov bu vəzifəyə ən real və uğurlu namizəd sayılır
عادلی/Aran agentliyi

Aran xəbər agentliyi\Azərbaycan Respublikası bölümü

 

Cəfər Cəfərov bu vəzifəyə ən real və uğurlu namizəd sayılır

 

QayNar: Dərs ilinin başlanmasına sayılı günlərin qaldığı bir zamanda Təhsil nazirliyi və naziri Misir Mərdanov ətrafında müzakirələr yenidən alovlanıb. Prezidentin antikorrupsiya tapşırığından sonra nazirliyinin İqtisadiyyat şöbəsinin müdir müavini Orxan Kərimovun həbsi, daha sonra isə bir neçə məktəbdə tikintilər zamanı ciddi mənimsəmə faktlarının üzə çıxması heç şübhəsiz ki, Misir Mərdanovun mövqelərini zəiflədib. Bütün bunlardan sonra isə Təhsil nazirinin yeni dərs ilinin başlamasından dərhal sonra istefaya göndəriləcəyi haqqında informasiyalar da intensivləşib.

Elə isə Azərbaycanın gələcək təhsil naziri kim ola bilər?

Bu posta namizədlər sırasında bir çoxlarının adı çəkilsə də, Qaynar.info-ya bu məsələ ilə bağlı mühüm bilgilər daxil olub. Məlumata görə, hazırda təhsil naziri postuna ən real namizəd kimi Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərovun adı çəkilir. Mənbəmiz iddia edir ki, C.Cəfərovun namizədliyi ölkənin siyasi dairələri ilə yanaşı, ictimaiyyət tərəfindən də dəstəklənir.

Çünki onun başçılıq etdiyi ali məktəb fəaliyyətdə olduğu 5 il ərzində rüşvətin olmadığı bəlkə də yeganə ali məktəb kimi ad çıxara bilib. Bu İnstitutun 2010-cu il buraxılışında 150 tələbədən 70-i, bu il isə 60-dan çox tələbə diplom ala bilməyib. Hazırda 1600 tələbəsi olan Turizm İnstitutunda 7000-dən çox kəsir mövcuddur. Demək olar ki, hər tələbənin 4-5 kəsiri var. Qısası, bu ali məktəbdə nə “mənölüm keçir”, nə də…

Məsələ ilə bağlı danışdığımız təhsil ekspertləri də bu posta ən real və uğurlu namizəd kimi Cəfər Cəfərovun adını çəkdilər. Bütün bunlar isə təbii ki, Turizm İnstitutunun rektorunun təhsil naziri olma şanslarını artırır.

  • Yazılıb
  • da (də) 2011 Aug 29