Tarix : 2011 Aug 29
Kod 25043

İctimai Palata Azərbaycan Respublikasında hüquqlqrı pozulmuş vəkilləri medafiə edib

Azərbaycan Vəkillər Kollegiyası Vəkillər Kollegiyasının müstəqil vəkillərə qarşı təzyiqləri artıq sistemli xarakter alıb.''
well/Aran agentliyi

FaktXeber saytının məlumatına görə, İP-nin bəyanatında deyilir: "Azərbaycan Vəkillər Kollegiyası Vəkillər Kollegiyasının müstəqil vəkillərə qarşı təzyiqləri artıq sistemli xarakter alıb."

Bununla bağlı faktları sadalayan İP bildirib : Azərbaycan Vəkillər Kollegiyası Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun sifarişi ilə vəkil Xalid Bağırovun fəaliyyətinə birillik qadağa qoyub. Bundan əvvəl Vəkillər Kollegiyası vəkil Namizəd Səfərov, Lətifə Əliyeva, Eldar Qurbanov, Hidayət Süleymanov və Osman Kazımovu da Kollegiya üzvlüyündən xaric etmişdi. Xalid Bağırov da Kollegiyadan uzaqlaşdırılan digər vəkillər kimi müstəqil fəaliyyət göstərən azsaylı vəkillərdən biridir. Kollegiyanın bu hərəkəti bir daha sübut edir ki, Azərbaycan hakimiyyəti ölkədə müstəqil düşünən, qanunu və öz müştərilərinin maraqlarını qoruyan vəkillərə qarşı təqibləri gücləndirib".

İctimai Palata Kollegiyanın bu hərəkətini ölkədə vəkillik institutunun birdəfəlik ləğv edilməsi, onsuz da mövcud olmayan məhkəmə sisteminin bir hakimiyyət qolu kimi tamamilə sıradan çıxarılmasına yönəlmiş siyasəti kimi qiymətləndirib və Xalid Bağırovun pozulmuş hüquqlarının dərhal bərpa edilməsi və onun haqqında çıxarılmış saxta qərarın dərhal ləğvini tələb edib.

Bundan başqa, bəyanatda 2011-ci il avqustun 27-də Nəsimi rayon məhkəməsində Şahin Abdullayevin sədrliyi ilə Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Ülvi Quliyev və Elnur Məcidlinin məhkəmə prosesində hakimin vəkil Elçin Namazova qarşı guya vəkillik etikasını pozdğuna görə cinayət işinin açılması, işin prokurorluğa göndərilməsi haqqında qərarını da pisləyib və bunu qanunsuz həbs olunan mitinq iştirakçılarını yüksək keyfiyyətli vəkil müdafiəsindən məhrum etmək məqsədi daşıdığı bildirilib.

İctimai Palata hakim Şahin Abdullayevin vəkil Elçin Namazova qarşı çıxardığı qərarı qətiyyətlə pisləyib və qərarın ləğvini tələb edib.

 

 


 

  • Yazılıb
  • da (də) 2011 Aug 29