Tarix : 2011 Aug 30
Kod 25052

İran Rusiyanı məhkəməyə verdi

İran və Rusiyanın parlamentlərarası dostluq qrupu bildirib ki, S-300 raket kompleksini İrana təhvil vermədiyi üçün Rusiyanı beynəlxalq məhkəməyə vermək Tehranın təbii haqqıdır
well/Aran agentliyi

 

İran və Rusiyanın parlamentlərarası dostluq qrupu bildirib ki, S-300 raket kompleksini İrana təhvil vermədiyi üçün Rusiyanı beynəlxalq məhkəməyə vermək Tehranın təbii haqqıdır.

Mehdi Sənayi deyib: İran İslam Respublikası Rusiya ilə əlaqələrinə xüsusi önəm verdiyi halda S-300 raket kompleksinin təhvil verilməsindən mənşə alan maddi və mənəvi ziyana görə tərəf müqabildən təzminat alınmasını düşünür.

Keçən müzakirələrin heç bir nəticə vermədiyini xatırladan deputat qeyd edib ki, ruslar prezident Dimitri Medvedyevin sərəncamını rəhbər tutaraq İranın beynəlxalq məhkəməyə müraciət etməkdə vaz keçəcəyini təsəvvür edirdilər. Halbuki rəsmi Tehran S-300 raket kompleksi ilə bağlı müqavilənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə aidiyyəti olmadığı qənaətindədir.

İran-Rusiya parlamentlərarası dostluq qrupunun sədri həmçinin Tehranın şikayətinin rusların addım-addım planı ilə də əlaqədə olmadığını vurğulayıb.

Rusiya hökuməti addım-addım planını İranın nüvə məsələsi ilə bağlı hazırlayıb.

  • Yazılıb
  • da (də) 2011 Aug 30