Tarix : 2011 Aug 30
Kod 25057

Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ), hacı Allahşükür Paşazadə qarşıdan gələn Ramazan bayramı münasibıtilə Azərbaycan xalqını təbrik edib
well/Aran agentliyi

 

 Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ), hacı Allahşükür Paşazadə qarşıdan gələn Ramazan bayramı münasibıtilə Azərbaycan xalqını təbrik edib.

QMİ-nin mətbuat xidmətindən SalamNews-a verilən məlumta görə, təbrikdə deyilir:

 “Bismillahir-rəhmanir-rəhim!

Möhtərəm həmvətənlərimiz , əziz müsəlman qardaş və bacılarımız!

İslam aləminin əziz günü - mübarək Ramazan bayramı səadətinə yetişən bütün Azərbaycan müsəlmanlarını təbrik edir, Allah-taaladan oruclarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.

Müqəddəs Kitabımız Qurani-Kərimin nazil olduğu, on bir ayın sultanı sayılan Ramazan həqiqətən nemət və səadət ayıdır – bu ayda müsəlmanlara oruc tutmaq vacib buyurulmuş, ümmətin rifahı üçün sülh və əmniyyətdə olmaq əmr edilmişdir. Müsəlman dünyasında Eydül-Fitr - Ramazan bayramı mərhəmətin, qardaşlığın, həmrəyliyin və xeyir-bərəkətin qovuşduğu mübarək günlərdən biridir. Bu mənada biz Azərbaycan müsəlmanları da Ramazanın ruzi və nemətinə yetişdiyimizə görə Allah-taalanın mərhəmətinə şükr edir və bu mübarək günün ümumxalq bayramı səviyyəsinə qaldırılmasına görə dövlət rəhbərimiz Zati-aliləri İlham Əliyev cənablarına dərin minnətdarlığımızı bildiririk. Dövlətimizin dini sahəyə verdiyi önəmi xalqımızla həmrəyliyin, milli-mənəvi dəyərlərə xüsusi qayğının və Azərbaycan müsəlmanlarına böyük hörmətin göstəricisi kimi qiymətləndiririk.

Bu şərafəti bizə nəsib edən Allah-Təalaya duamız budur ki, Öz böyüklüyü və mərhəməti naminə Azərbaycan xalqını əmin-amanlığa, sabitliyə, milli birliyə, xeyir-bərəkətə yetirsin, ağır sınaqlardan bizi hifz etsin, torpaqlarımızın işğalçılardan təmizlənməsində, Vətənimizin müstəqilliyini və dövlətçiliyimizi qorumaqda bizə daim yardımçı olsun.

Bu əziz gündə Ulu Yaradanımızın qibləsinə üz tutub, dövlətimiz və millətimiz üçün xoşbəxtlik diləyir və bütün Azərbaycan xalqına xeyir-dualarımı yetirirəm. Allah orucunuzu qəbul eləsin! Bayramınız mübarək olsun!”

salamnews

  • Yazılıb
  • da (də) 2011 Aug 30