Tarix : 2011 Aug 30
Kod 25058

Lənkəran Dövlət Universiteti rektorunun köməkçisi həbs olunub

Lənkəran Dövlət Universiteti (LDU) rektorunun köməkçisi vətəndaşların etibarından sui-istifadə etməklə dələduzluq yolu ilə onların pulunu mənimsədiyinə görə yaxalanıb
well/Aran agentliyi

 

 Lənkəran Dövlət Universiteti (LDU) rektorunun köməkçisi vətəndaşların etibarından sui-istifadə etməklə dələduzluq yolu ilə onların pulunu mənimsədiyinə görə yaxalanıb.

Lənkəran Şəhər Polis Şöbəsindən (ŞPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, rayonun Əşlə kənd sakini, 1978-ci il təvəllüdlü Emin Şahgəldi oğlu Şahzadə LDU rektorunun köməkçisi işlədiyi müddətdə vəzifə səlahiyyətlərində sui-istifadə edərək, ayrı-ayrı vətəndaşlardan onların yaxın qohumlarını universitetə və digər dövlət təşkilatlarına işə düzəltmək adı ilə üst-üstə 16 min manat məbləğində pul alaraq mənimsəyib.

Aldadılmış şəxslər - Masallı şəhər sakinləri Xanımgül Əliyevadan və Zaur Tağızadədən, Lənkəran şəhər sakinləri Şahin Baxşıyevdən və Nuriyyə Yusibovadan, Lənkəran rayonun Qumbaşı kənd sakini Həbibə Əliyevadan, Xolmili kənd sakini Rəisə Mahmudovadan və digərlərindən ŞPŞ-nə daxil olmuş şikayət ərizələrinə əsasən, Emin Şahzadə yaxalanaraq həbs olunub. Faktla bağlı Lənkəran ŞPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

  • Yazılıb
  • da (də) 2011 Aug 30