Tarix : 2011 Sep 01
Kod 25078

Elçin Namazov ölkə başçısına müraciət edib

Bu barədə Birlik.az saytına vəkilin özü məlumat verib
well/Aran agentliyi

 

Xəbər verildiyi kimi, 27 avqust tarixində 2 aprel məhbuslarının məhkəmə iclası zamanı vəkil Elçin Namazov Nəsimi rayon məhkəməsində icraçı hakim Şahin Abdullayev tərəfindən kənarlaşdırılıbdır.

Bundan əvvəl də vəkilin verdiyi məlumata görə ona kollegiyadan çıxarılması barədə dəfələrlə hədələr gəlibmiş.

Məsələ ilə bağlı birlik.az saytına danışan Elçin Namazov qeyd etdi ki, “hələ Gəncə ruhanilərinin hüquqlarını müdafiə etdiyim dövrdə mənə qarşı təzyiqlər var idi. Bu hadisə də mənə yönəlmiş təzyiqlərin davamıdır. Hazırda mən konkret olaraq Prezidentə və məhkəmə hüquq şurasına müraciət etmişəm, hər ikisindən üzləşdiyim qanunsuzluğa müdaxilə etmələrini və hakim Şahin Abdullayevin qərarının ləğvini təmin edib özünün də cəzalandırılmasını tələb etmişəm”

Birlik.az

  • Yazılıb
  • da (də) 2011 Sep 01