Tarix : 2011 Sep 01
Kod 25079

Heç bir ay azadlıqda qala bilmədi

İsrail HƏMAS-ın nüfuzlu liderini yenidən həbs etdi
well/Aran agentliyi

İsrail hüquq-mühafizə orqanları Ramallah yaxınlığındakı postda İordan çayının Qərb sahillərinin nüfuzlu dini liderlərindən olan şeyx Həsən Yusufu həbs edib. Bu, şeyxin həbsdən azad edilməsindən bir neçə gün sonra baş verib. Məlumatı yerli KİV yayıb. İsrail tərəfi isə məlumatı şərh etməyib.Fələstin parlamentində "Dəyişiklik və islahatlar" fraksiyasının deputatı Şeyx Yusuf HƏMAS-ın hərbi qanadı ilə əlaqə ittihamı ilə altı ildən artıq İsrail həbsxanasında qalıb və avqustun 4-də azadlığa buraxılıb. Ümumiyyətlə, 1993-cü ildən sonra Həsən Yusuf dəfələrlə həbs edilib.

Ans

  • Yazılıb
  • da (də) 2011 Sep 01