Tarix : 2011 Sep 01
Kod 25080

Həbsdə olan dindarlardan biri azad ediləcək

Bu gün həbsdə olan dindarlardan biri azad ediləcək
well/Aran agentliyi

Bu barədə  həbsdə olan dindarın yaxınları məlumat verib.

Qeyd edək ki, Ramazan ayını son cüməsində “Qüds günü” münasibəti ilə İsrail səfirliyinin qarşısında bir qrup dindar etiraz aksiyası keçirmişdi. Polis aksiyanı dağıdarkən 30 nəfər saxlanılmış onlardan 5 nəfəri istisna olmaqla qalanları xəbərdarlıq edilərək azad edilmişdi. Həbs olunan 5 nəfərdən 3-ü cərimə olunmuş 2 nəfər isə Elxan və Tohid adlı dindar sutkalıq həbs cəzasına məhkum olunmuşdular. Elxan 5 sutka, Tohid isə 7 sutka həbs edilmişdi.

Bu gün 5 sutkası tamam olan Elxan həbsdən azad ediləcək. Onun yaxınları səhər saatlarında Binəqədidə olan müvəqqəti təcridxanaya getsələr də Elxanın axşam saat 18:30-da azad ediləcəyi bildirilib. Buna səbəb kimi məhkəmə zamanı hakimin Elxanın həbs edildiyi andan deyil təcridxanaya gətirildiyi vaxtı həbsdən hesablamasına qərar çıxarması olub.

  • Yazılıb
  • da (də) 2011 Sep 01