Tarix : 2011 Sep 01
Kod 25081

İran Azərbaycan jurnalistləri üçün xüsusi viza rejiminin tətbiqinə başlayıb

İran İslam Respublikasına Azərbaycan jurnalistlərinin səfərlərini asanlaşdırmaq və qaydaya salmaq məqsədilə yeni qaydalar tətbiq edib
well/Aran agentliyi

 

 

İran İslam Respublikasına Azərbaycan jurnalistlərinin səfərlərini asanlaşdırmaq və qaydaya salmaq məqsədilə yeni qaydalar tətbiq edib.

Bundan əvvəl Azərbaycan Respublikası vətəndaşlarının vizasız İran İslam Respublikasına gedişi yalnız adi səfərlərə aid olub.

Səfirliyin mətbuat xidmətindən  verilən məlumata görə, jurnalist səfərləri, müsahibə alınması, reportaj hazırlanması, müxtəlif obyekt və şəhərlərdə çəkilişlər aparılması üçün mütləq bu fəaliyyət üçün xüsusi icazə - jurnalist vizası almalıdır. Jurnalist vizalarının verilməsi məqsədilə səfərdən azı bir ay qabaqdan xüsusi formalar doldurulmalı və müvafiq informasiya müəssisəsinin rəsmi məktubu ilə birlikdə İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Mətbuat Xidmətinə göndərməlidir.

Bundan başqa, müsahibə alınması üçün verilən ərizələr və həyata keçiriləcək layihə və planlar barədə bu nümayəndəliyə konkret və dəqiq məlumat verilməlidir ki, bunların reallaşdırılması üçün lazımi əlaqələndirmə işləri həyata keçirilsin.

SalamNews

  • Yazılıb
  • da (də) 2011 Sep 01