Tarix : 2011 Sep 01
Kod 25082

İran İslam dünyasının inkişaf örnəyidir

İran İslam dünyası üçün inkişaf və genişlənmə nümunəsidir
well/Aran agentliyi

 

Rusiyanın İslam.ru xəbər portalının direktoru İranın müxtəlif sahələrdəki inkişafına işarə edərək bildirib: İran İslam dünyası üçün inkişaf və genişlənmə nümunəsidir.

Bu gün çərşənbə günü ( 31 avqust) Moskvada İRNA ilə müsahibədə bu məqama toxunan İslam.ru xəbər portalının direktoru Murad Seyfəddin sonra deyib : İran , bu ölkənin müvəffəqiyyətləri və iqtisadi inkişafın qarşısını almaq üzrə Qərbin təzyiqlər və sanksiyalar tətbiq etdiyi bir şəraitdə sənaye, iqtisadi , energetika , kosmonavtika və modern texnologiyalar haqda böyük və gözqamaşdırıcı inkişaflar və nailiyyətlərə malik olub.

Seyfəddin əlavə edib: Hazırda İran iqtisadiyyatı dinamikaya malik olaraq önə doğru hərəkət edir və inkişaf üzrə maneələri aradan qaldırıır .

Murad Seyfəddin deyib : İran özünün müstəqil siyasətlərinə görə Qərbin qəzəbinin hədəfinə çevrilib və Amerika Qərb düşərgəsinin başında öz müttəfiqlərinin yardımı ilə İranın inkişafı və tərəqqisi qarşısında maneəçilik törətmək istəyir.

İslam.ru xəbər portalının direktoru sonra deyib : Amerika və bu ölkənin qərbli müttəfiqləri nüvə proqramına görə İrandan narahat deyillər , onlar bir İslam ölkəsinin qüdrətlənməsindən dəhşətə düşüblər və Yaxın Şərq regionu xüsusiyyət təşkil etməklə başqa ölkələrin İranı nümunə götürməsindən nigarandırlar

  • Yazılıb
  • da (də) 2011 Sep 01