Tarix : 2011 Sep 01
Kod 25084

Azərbaycan Respublikası Ordusunun generalları arasında rəqabətlərin gücləndiyi fonunda Ordunun iç...

Azərbaycan Respublikası Ordusunun generalları arasında rəqabətlərin gücləndiyi fonunda Ordunun içində qanunsuzluqlar bu rəqabət nəticəsində faş olunmağa başlayıb
well/Aran agentliyi

 

Azərbaycan Respublikası Ordusunun generalları arasında rəqabətlərin gücləndiyi fonunda Ordunun içində qanunsuzluqlar bu rəqabət nəticəsində faş olunmağa başlayıb.

Müdafiə Naziri General Səfər Əbiyev və qardaşlarını vurmağa koklənmiş bir neçə məlumatın Yeni Musavat qəzetinə vəzifəli şəxslərin tərəfindən ötürülməsindən sonra, Orduda acından ölüm halları ilə bağlı fakt bu qəzetə ötürülüb.

Beləki, büdcəsi 3 milyard 300 milyon dollardan artıq olan Azərbaycan Respublikası Ordusunda heç vaxt üstü açılmayan əskərlərin ölümü məsələsinin ardınca bu dəfə Orduda acından ölüm hallarına aid fakt aşkar olunub.

1998-ci ilə Azərbaycan Respublikası Ordusunun 4 əsgərinin ölüm ilə bağlı fakta əli çatan Yeni Musavat qəzeti yazır : " Orduda baş verən qanunsuzluqlar və korrupsiya halları haqda çox yazılıb. Amma indi əlimizdə olan fakt Silahlı Qüvvələrdə bir zamankı acınacaqlı durumu və yeyintinin miqyasını tam şəkildə özündə əks etdirir. Hadisə 1998-ci ilin noyabrına təsadüf edir. O zaman Milli Ordunun 4 əsgərinin ölüm xəbəri yaylır. Rəsmi informasiyada göstərilir ki, Hüseynov Zaur Hüseynbala oğlu (həqiqi hərbi xidmətə Əzizbəyov RHK-dan çağırılıb), Məmmədov Elbrus Zeynal oğlu (Sabirabad), Mirzəyev Ağaqulu Zəfər oğlu (Bakı), Nəsrullayev Zahir Qazəhməd oğlu (Quba) ön cəbhədəki qazmalarda hərbi vəzifələrini yerinə yetirərkən çəkilərinin yarısını itirərək ölüblər. Azərbaycan ordusu üçün təəccüblü və yeni xəbər deyil. Amma təəccüb və dəhşət doğuran 13 il sonra bu ölüm faktları ilə bağlı ortaya çıxan həqiqətlərdir. Mərhumların meyitlərinin təşrihini həyata keçirən məhkəmə-tibb eksperti, mayor Nizami Cəfərov mərhumların sümükləri ilə dəriləri arasında nə vaxtsa olmuş nazik piy qatının ibtidai vəziyyətə qayıtmasını qeydə alıb. Bu əsgərlərin ölüm haqda şəhadətnamələrində də eyni diaqnoz yazılıb - alimentar distrofiya. Əsgərlər ön cəbhədəki qazmalarda ən azı 1 ay normal yemək yeməyiblər. Amma Müdafiə Nazirliyinin sənədlərinə əsasən, guya onlar şokolad yağı, balıq delikatesləri, kişmiş, həll olunan kofe, şprotla qidalanıblar."

Yazıda Azərbaycan Respublikası Ordu anomaliyasını araşdıran eksperylərdən birinin dilindən əlavə olunub : "Araşdırmamız nəticəsində məlum oldu ki, ordu üçün alınan hər kiloqram ətə görə nazirlik rəhbərlərinin ciblərinə şəxsi ehtiyaclarını ödəmək üçün dövlət büdcəsindən 1 dollar gedir. Bir əsgər üçün günlük norma 200 qram ət müəyyən olunub. İldə bu hesabla bir əsgərə 73 kiloqram ət alınır. Deməli, 1 əsgər ildə büdcə oğrularına 73 dollar "gəlir" verir. Kobud hesabla, ordu oğruları bütün Azərbaycan ordusunun təkcə ətlə təminatından 5 milyon dollar gəlir əldə edir. Normada daha 31 ərzaq adı var. Bu da son deyil. Ətin alışında sənədlərdəki ilə faktiki qiymət arasında 30-40 faiz, digər ərzaqlarda isə 100 faizdən çox fərq var! İndi Müdafiə Nazirliyində büdcə oğurluğunun hansı miqyasda olmasını təsəvvür edirsinizmi?!"

  • Yazılıb
  • da (də) 2011 Sep 01