Tarix : 2011 Sep 01
Kod 25088

Şeyxülislam Qızıl medala layiq görüldü

Fransanın İnsan Haqlarının Müdafiəsi Beynəlxalq Komitəsi Şeyxülislamı Qızıl Medalla təltif edib
well/Aran agentliyi

Fransanın İnsan Haqlarının Müdafiəsi Beynəlxalq Komitəsi Şeyxülislamı Qızıl Medalla təltif edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə daha bir nüfuzlu beynəlxalq mükafata layiq görülüb.

Mənzil qərargahı Parisdə yerləşən Fransanın İnsan Haqlarının Müdafiəsi Beynəlxalq Komitəsi Şeyxülislamı Qızıl Medalla təltif edib və ona “Xoşməramlı səfir” titulu verib. Bu barədə beynəlxalq təşkilatın prezidenti C. Salvatonun Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə göndərdiyi məktubda məlumat verilib.

Prezidentin imzaladığı məktubda bildirilir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri nüfuzlu təşkilatın təsis etdiyi Qızıl Medala və “Xoş məramlı səfir” tituluna dövlət və cəmiyyət qarşısındakı xidmətlərinə, müsəlmanların dünyaya inteqrasiyasındakı roluna, Qafqazda sülhün, əmin-amanlığın bərpasında, dinlərarası münasibətlərin möhkəmləndirilməsində, tolerantlıq mühitinin formalaşmasında çoxillik fəaliyyətinə görə layiq görülüb.

 


 

  • Yazılıb
  • da (də) 2011 Sep 01