Tarix : 2011 Sep 01
Kod 25089

Hicablı olduqlarına görə Lunaparka buraxılmadılar

''Mənə bu qadağanın səbəbinin hicab olduğunu söylədilər. Bu mənim hicabım deyil, bu mənim dinimdir
well/Aran agentliyi

"Mənə bu qadağanın səbəbinin hicab olduğunu söylədilər. Bu mənim hicabım deyil, bu mənim dinimdir."

"FaktXeber"-in "Dailymail"ə istinadən verdiyi məlumata görə, ABŞ-ın Nyu York şəhərində lunaparkda müsəlman qadınların hicablarını çıxarmadıqları təqdirdə parka buraxılmayacaqları xəbərdarlığı edilib. Bu zaman təhlükəsizlik işçiləri ilkə müsəlmanlar arasında gərginlik yaşanıb.

Ramazan bayramına görə "Playland" adlı əyləncə parkına gələn müsəlmanlara təhlükəsizlik işçiləri maneə olub. Bu zaman müsəlmanlarla təhlükəsizlik işçiləri arasında qarşıdurma baş verib.

 Qarşıdurmadan sonra 6 min nəfərin olduğu lunapark bağlanılıb. 2 park mühafizəçisi yaralanıb. 15 nəfər isə həbs olunub.

 

HİCAB DEYİL BU MƏNİM DİNİMDİR

Hicablı olduğu üçün 8 yaşlı bacısıyla birlikdə parka buraxılmayan Ola Salem, verdiyi açıqlamada bildirib ki, "Mənə bu qadağanın səbəbinin hicab olduğunu söylədilər. Bu mənim hicabım deyil, bu mənim dinimdir."

  • Yazılıb
  • da (də) 2011 Sep 01