Tarix : 2011 Sep 01
Kod 25090

ürkiyədə 14 ildən sonra “azad” universitet

İslamazeri.az İnternet Qəzetinin Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bir çox sayda zərərçəkmiş təhsillərinə qaldıqları yerdən davam etməyə başlayıblar
well/Aran agentliyi

İslamazeri.az İnternet Qəzetinin Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bir çox sayda zərərçəkmiş təhsillərinə qaldıqları yerdən davam etməyə başlayıblar.
Türkiyə konstitutsiyasında olmasına baxmayaraq qeyri-rəsmi olaraq neçə illərdir həyata keçirilən hicab qadağası ortadan qalxmaqda davam edir. Bu ilə qədər Universitetin giriş sənədinə başı açıq şəkil tələb edirdisə, bu gündən bu problem də ortadan qalxdı.
Hadisəyə münasibət bildirən MAZLUMDER İstanbul şöbə müdiri neçə illərdir qanunsuzluğun minlərlə tələbəni təhsilindən ayrı saldığını bildirib.
Hicablı zərərçəkmişlərdən olan Nevin Önər 14 il sonra 40 yaşında təhsilini davam etdirmək üçün universitetinə geri dönüb.
Universitetdən disiplinə riayət etmədiyi üçün qovulan Nevin Önər deyib: ”Hal-hazırda 40 yaşında bir anayam, ancaq təhsil almaq üçün yenidən müraciət etdim. Bu ay gələn cavaba görə 14 il əvvəl dərs oxuduğum sinifə qayıda bilərəm. Çox həyəcanlı və sevincliyəm“.

 

  • Yazılıb
  • da (də) 2011 Sep 01