Tarix : 2011 Sep 01
Kod 25093

Hicab inkişafdır gerilik deyil!

Qadın üçün hər şeydən mühüm hicab və iffətdir. O, öz şəxsiyyətini dərk edəndə oyun-oyuncağa, alış-veriş əşyasına çevrilməz...
well/Aran agentliyi

Qadın üçün hər şeydən mühüm hicab və iffətdir. O, öz şəxsiyyətini dərk edəndə oyun-oyuncağa, alış-veriş əşyasına çevrilməz, öz gözəlliyini çirkin adamların tamaşasından qoruyub saxlayar və yalnız ərinə məxsus olar. İslam hicabı və iffətli olmaqla, təlaq və ayrılıq, qeyri-şəri əlaqələr, ana bətnindəki uşaqların siqtinin (vaxtsız salınmasının), uşaqların başsız qalmasının və onlarla digər fəsadın qarışısı alınar.

Hicab mədəni və əxlaqi inqilabın çarxlarının hərəkətə gəlməsi üçün güclü amil, nəsillərin süqutu təhlükəsinin qarşısını almağın əsas bünövrəsi və ailə mühitinin qorunması amilidir. İslam hicabı qadınlar üçün məhdudiyyət deyil, qadınların alış-veriş əşyası olmasının qarşısını alaraq, onları cəmiyyətin müxtəlif sahələrində, xüsusən tibdə, maarifdə (yəni cismin və ruhun sağlamlığında) müsbət və fəal bir qüvvəyə çevirir. Qurani-Məcid iki yerdə hicabı qadınlara vacib edir. Peyğəmbər (s) və imamlar (ə) da həmçinin buna çox təkid edirlər. Hicab həqiqi azadlığın aradan getməsi üçün səbəb deyil, əksinə insanın həqiqi azadlığının carçısı, amili və onları əyri yollardan, tüfeyli həyat sürməkdən doğru və düzgün yollara sövq edir. Bir gün səhabələr Həzrət Rəsulullahın (s) hüzurunda idilər. Həzrət (s) onlardan soruşdu: “Qadın üçün ən yaxşı şey nədir?”

Heç kəs düzgün cavab verə bilmədi. Həzrət Əli (ə) Peyğəmbərin (s) sualını Fatimədən (s) soruşdu. Fatimə (ə) buyurdu:  “Qadın üçün ən yaxşı şey odur ki, özgə kişiləri görməsin və özgə kişilər də onu görməsin”.

Peyğəmbər (s) bu sözləri eşidəndə sevindi, cavabı bəyəndi və buyurdu: “Fatimə (ə) mənim bədənimin yarısıdır”.

Gülşən Murad/İslamazeri

Beləliklə, hicab bədbəxtlik və fəlakət amili deyil. Əksinə hicabsızlıq bədbəxtlik amilidir. Hicab isə inkişaf və ümidverici amildi. 

 

 

  • Yazılıb
  • da (də) 2011 Sep 01