Tarix : 2011 Sep 01
Kod 25094

AİP sədri Fitr bayramı münasibətilə müsəlmanları təbrik etdi

Azərbaycan İslam Partiyasının sədri Elçin Manafov 2011-ci il Ramazan ayının sona çatması və mübarək Fitr bayramı münasibətilə bütün müsəlmanları təbrik edib
well/Aran agentliyi

Azərbaycan İslam Partiyasının sədri Elçin Manafov 2011-ci il Ramazan ayının sona çatması və mübarək Fitr bayramı münasibətilə bütün müsəlmanları təbrik edib.

Təbrikdə deyilir:

“Əziz bacı və qardaşlar! Dəyərli İslam ümməti!

Hörmətli müsəlmanlar!

Qadir Yaradanın bərəkət, bağışlanmaq və rəhmətlə dolu olan müdəddəs Ramazan ayını başa vurduq. Bu günlər həm də insanlar ağır sınaq və imtahanla üz-üzə dayandı. İmanı, əqidəsi, iradəsi möhkəm olanlar Tanrının əmrini heç bir çətinliyə baxmadan şərəflə icra etdilər. Layiqli bəndəçilik imtahanından üzüağ çıxan, günahlarını yandırmağa çalışan, ən nəhayət duaları qəbul olunan hər kəsi, bütün azərbaycanlıları təbrik edir, ölkəmizə sülh və əmin-amanlıq arzulayıram.

Dəyərli bacılar, qardaşlar və həmvətənlər!

İnsanlığın, xalqın xoşbəxtliyi, torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin daim uca zirvələr fəth etməsi üçün etdiyiniz dualar və yalvarışlar qəbul olsun. Allah bizi səadətə çatanlardan qərar versin! AMİN

AİP sədri Elçin Manafov

xeber.info

  • Yazılıb
  • da (də) 2011 Sep 01