Tarix : 2011 Sep 02
Kod 25096

AR-da KİV xalqın sionistlər əleyhinə aksiyasını ört-basdır etmək üçün ümumi fikri yayındırmağa ça...

Ərəb inqilablari Təbriz və Urmiyaya keçdi!
g/Aran xəbər agentliyi

 

Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü

 

“Arannews”in verdiyi məlumata əsasən, “Yeni Musavat” qəzeti avqust ayında olan 7-ci buraxılışında İran əleyhinə işləyən GünAz TV-yə istinadla xəbərdən çox yumora oxşayan yazı verdi.

Sözü gedən qəzet “Ərəb inqilablari Təbriz və Urmiyaya keçdi” başlığı altında yazısında Urmiya və Təbriz şəhərlərində Urmiya gölünün qurumasına etiraz olaraq kütləvi aksiyanın keçirilməsindən, dövlət təhlükəsizlik qüvvələri ilə aksiya iştirakçılarının toqquşmasından, çoxlu sayda saxlananlar və onların sayı ilə bağlı hələlik heç bir məlumat olmaması barədə yazdı. GünAz TV-yə əsaslanan bu qəzet, hətta toqquşmada çoxlu sayda yaralananların da olmasından xəbər verdi.

Azərbaycan Respublikası mediasının İran əleyhinə gülünc xəbərlərindən bir nümunə olan yuxarıdakı yazı, elə bir halda yayımlanır ki, Urmiya və Təbriz camaatı neçə gün öncə Beynəlxalq Qüds Günündə bu iki şəhərdə sionistlər əleyhinə misli görünməyən bir aksiya keçirdilər. Buna görə də Azərbaycan KİV-i xəbərləri saxtalaşdırmaqla həqiqətləri tərsinə çevirmək, ört-basdır etmək istəyirlər.

Demək yerinə düşər ki, çox təəssüflər olsun ki, AR mediasının bu uydyrma xəbərləri təsirsiz qalmır və İranın daxilində olan həqiqətlərdən dəqiq xəbər tuta bilməyən bəziləri, yuxarıdakı xəbərə əsaslanaraq, İran xalqı barədə hökm edirlər.

  • Yazılıb
  • da (də) 2011 Sep 02