Tarix : 2011 Sep 02
Kod 25100

Azərbaycan da Liviya Milli Keçid Şurasını tanıyıb

Sentyabrın 2-də Azərbaycanın Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb
well/Aran agentliyi

İslamazeri.az-ın məlumatına görə, bəyanatda deyilir ki, Azərbaycan Respublikası Liviya xalqının iradəsinə hörmətlə yanaşır və Milli Keçid Şurasını Liviyanın hakimiyyət təmsilçisi kimi tanıdığını bəyan edir.

Ötən həftə paytaxt Tripoli ələ keçəndən və diktator Müəmmər Qəzzafi devriləndən Liviyada fevral ayından başlanan xalq üsyanı son mərhələyə qədəm qoyub. Hazırda Sirt şəhəri istisna olmaqla ölkənin bütün iri yaşayış məntəqələri üsyançılara rəhbərlik etmiş Liviya Milli Keçid Şurasının nəzarətindədir.

  • Yazılıb
  • da (də) 2011 Sep 02