Tarix : 2011 Sep 02
Kod 25101

Azərbaycan Abxaziyadakı seçkiləri tanımadı

XİN Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat berdi
well/Aran agentliyi

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin avqust 26-da Abxaziyada keçirilmiş qondarma prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

Nazirliyin mətbuat xidmətindən Islamazeri.az-a daxil olunan bəyanatda Azərbaycanın Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyi bildirilir:“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək, Abxaziyada 26 avqust 2011-ci il tarixində keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Cenevrə Müzakirələrini tam dəstəkləyir və münaqişənin həlli istiqamətində hazırkı nizamlama prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə inanır”.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2011 Sep 02